Gel Akkumlyator Nədir?

Gel Akkumlyator Nədir?

Gel Akkumlyator Nədir?

Gel Akkumlyator Nədir?

Hazırkı dövrdə enerji ehtiyacları səbəbindən ən çox müraciət edilən gel akkumlyatorlar geniş istifadə sahəsinə sahibdir. Elektrikin olmadığı yerlərdə belə işıqlandırmada, elektronika cihazlarında rahat istifadə edilə bilir. Qurğuşun asitli akkumlyator olaraq da tanınan bu növ akkumlyatorlar sərbəst şəkildə işləməyə, ətraf mühit şərtlərinə dayanıqlı məhsullardandır. Xüsusi klapanları sayəsində elementləri kimyəvi enerjiyə çevirib akkumlyatordan çıxan qazları həmin an uzaqlaşdıra bilirlər. Suyu azaltmaq baxımından əlverişli olan gel akkumlyatorlar eyni zamanda təmiz su istifadəsinə də ehtiyac duymurlar. Qazlar isə sadəcə yüksək təyziq nəticəsində çıxa bilir. Bundan əlavə ən əsas nüans gel akkumlyatorların günəşdən əldə edilən enerjinin yığılıb saxlanılmasına, həmçinin günəş panellərindən alınan enerjinin emal edilməsinə yardımçı olmasıdır. Bununla əlaqədar olaraq lazım olan enerji məhsuldarlığı maksimum səviyyəyə qədər qalxa bilir.

Gel Akkumlyatorların Məhsuldarlığı və Tutumu Necədir?

İstifadə edildiyi sahələrə görə gel-quru maye, starter və traksioner olaraq bir çox akkumlyator növləri mövcuddur. Digər növlərinə görə daha geniş istifadə sahəsinə malik olan gel akkumlyator geniş enerji tutumuna malik olduğu üçün yüksək enerji məhsuldarlığı təmin edir. Sərbəst şəkildə heç bir təmirə ehtiyac duymadan 80% və daha çox enerji tutumuna sahib olduğu üçün bir çox sahədə enerji ehtiyaclarını qarşılamaq üçün istifadə olunur. “Təbiət dostu” olaraq da bilinən bu növ akkumlyatorlar hava kirliliyi yaratmır. Su sızdırma özəlliyi olan gel akkumlyator istifadə tutumuna, məhsuldarlığına və xüsusiyyətlərinə görə bazarda fərqli qiymət aralığında ola bilər.

Gel Akkumlyatorların Faydaları Nələrdir?

– Gel akkumlyatorlar sadə şəkildə şarj edilə bilir
– Uzun müddət istifadəyə hazırdırlar
– Məhsuldarlığı və effektivliyi yüksəkdir
– İçərisində olan gel hər növ ətraf mühit və hava şərtlərinə qarşı ilk günkü özəlliyin qorumağa davam edir və qaz istehsal etdikcə təkrar istifadə üçün uyğun vəziyyətə gəlir
– Hər növ hava şərtlərində rahatlıqla və güvənlə istifadə edilə bilir.
– Yüksək dərəcədə soyuğa, istiyə, titrəməyə və aşınmaya qarşı olduqca dözümlüdürlər
– Quru akkumlyator və digər akkumlyatorlara görə 5 qat daha çox məhsuldarlıq təmin edərək istifadəçinin yükünü azaldır.

Gel Akkumlyatorların İstifadə Sahələri

Gel akkumlyatorlargünəş enerjisini kimyəvi enerjiyə çevirərək istifadəyə hazır bir formada yığa və saxlaya bilir. Eyni zamanda yüksək enerji tutumuna sahib bu növ akkumlyatorların enerji potensialı da yüksəkdir. Deşarj (akkumlyatorun boşaldılması) edilə bilmə xüsusiyyəti sayəsində uzun müddət istifadə edilə bilən gel akkumlyator bir çox elektronika cihazı, işıqlandırma sistemləri üçün avantajlıdır. Bu akkumlyatorlar telekkomunikasiya sistemlərində, təknələrdə, karavan-maşınlarda, dənizçilik sahəsində, mobil alış-veriş mərkəzlərində, modern təmizləmə maşınlarında rahatlıqla istifadə edilməkdədir.

Gel Akkumlyatorlara Verilən Zəmanət və Akkumlyatorların Satış Mərkəzi

Helind MMC olaraq Azərbaycanda alternativ enerji sahəsində ən keyfiyyətli və sərfəli Gel Akkumlyatorların satışı və quraşdırılması ilə məşğul oluruq.  Bu tipli akkumlyatorlara 1 il müddətinə zamanət veririk. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizlə əlaqə saxlayın: +994506789911

Helind MMC – Enerji Alternativiniz

 

Paylaş