Şəbəkədən Kənar Off Grid Sistemlər Nədir?

Şəbəkədən Kənar Off Grid Sistemlər Nədir?

Şəbəkədən Kənar Off Grid Sistemlər Nədir?

Şəbəkədən Kənar Off Grid Sistemlər Nədir?

Şəbəkə ilə əlaqəsi olmayan sistemlərə off grid sistemlər ya da akkumulyatorlu sistemlər demək olar. Sistemdə istifadə edilən təməl avadanlıqlar günəş panelləri, yaxud külək turbinləri, akkumulyator, şarj tənzimləyici, inverter və trackerdir. Şəbəkə xətlərinin, ya da istifadəyə yararlı elektrik xəttinin olmadığı yerlərdə ən sağlam həll yolu ehtiyaca görə doğru hesablanmış off grid sistem quraşdırılmasıdır. Elektrik xəttinin olduğu yerlərdə akkumulyatorlu sistemlərin qurulması sistemin baha başa gəlməsinə səbəb ola bilər. Xüsusi qeyd etmək lazımdır ki, yaylaq-dağ evləri, fermalar, siqnalizasiya sistemləri, uzaqdan informasiya, idarə sistemləri, baza stansiyaları və başqa bu tipli yerlərdə off grid sistemlərdən istifadə geniş yayılıb. Çünki bu yerlərə elektrik xəttinin çəkilməsi ciddi bir iş prosesi, dirəklər və naqillər, elektrik stansiyalarının qurulması ciddi maliyyə tələb edir. Bu səbəbdən Helind MMC olaraq təklif etdiyimiz off grid sistemlər yaşayış yerlərdindən uzaq, elektrik olmayan yerlər üçün ən doğru seçimdir.

Off Grid Sistemlərin Əsas Özəllikləri Nədir?

Sistemlərin ən önəmli avantajlarını aşağıdakı şəkildə sıralamaq olar.

• Elektrikin olmadığı yerlərdə maliyyə baxımından ən yaxşı həll yoludur
• Şəbəkə qurulmasının konstruktiv xərcləri ilə müqayisədə daha uyğun və realdır
• Yanacaq xərcləri yoxdur
• Quraşdırılmada peşəkar və az sayda mühəndis heyəti yetərlidir
• Quraşdırılma müddəti qısadır
• Sistemlər enerji ehtiyacına görə daha da gücləndirilə bilər
• Sistemlər aşama-aşama gücləndirilə bilər, bununla da xərcləri uyğunlaşdırmaq mümkündür.

Sistemi Quraşdırarkən Aşağıdakı Nüanslara Fikir Vermək Lazımdır:

• Öncəliklə sistemin istifadə ediləcəyi yerdə mövcud olan avadanlıqların daha qənaətcil cihazlarla əvəz edilməsi yaxşı olar. Çünki bununla istehlak edilən enerji miqdarı düşəcək. Bəzi sistem quraşdırmalarında hətta bu cür dəyişikliklər edilməklə sistem qiymətinin 50%-ə qədər azalması mümkündür.

• İkinci məsələ, günlük enerji istehlakının nə qədər olmasıdır. Bunun hesablanması üçün sistem quraşdırılacaq yerdə hansı avadanlıqların gündə təxmini olaraq neçə saat işləməsini siyahılaşdırmaq lazımdır. Bu siyahı sayəsində evin günlük, həftəlik enerji ehtiyacının nə qədər olacağı bilinəcək. Və sistem hesablanması bu məlumatlar əsasında daha dəqiq olacaq.

• Sistemin qurulacağı yerdə öncədən araşdırma aparmaq quraşdırma xərcləri və avadanlıqların müəyyənləşdirilməsi baxımından önəmlidir. Bundan əlavə quraşdırılacaq yerdə panellərin üzərinə kölgə sala biləcək obyektlərin mövcudluğu diqqətə alınmalıdır. Bu məlumatlar əsasında panellər sıralanaraq bir-biri ardınca düzüləcəksə, panellərarası məsafə müəyyənləşdiriləcək, panellərin bir-birinin üzərinə kölgə salması halları əngəllənəcəkdir.

• Sistem quraşdırılan yerin yay ayları, yaxud il boyu qalmaq üçün nəzərdə tutulduğunu müəyyənləşdirmək sistemin quruluşuna və xərclərinə ciddi təsir edən nüanslardandır. İl boyu istifadə ediləcək bir yer üçün sistem quraşdırılacaqsa, panel dizaynı ən pis hava şəraitlərinə uyğunlaşdırılır.

• İstifadə edilən yer sezonluq, ya da yay fəsli üçün bir evdirsə, evin hansı ay aralıqlarında istifadə edildiyi bilinməlidir. Quraşdırma zamanı yay aylarındakı radiasiya hesablamaları əsas götürülərək sistemlər müəyyənləşdirilir.

• Bu vəziyyətdə hesablanan sistem xərcləri pis hava şərtləri daxilində edilən sistem xərclərinin demək olar ki, yarısı qədərdir. Quraşdırılma istifadə müddətinə görə və fəsilə görə hesablanmalı, beləliklə, sistem xərcləri ən uyğun hala gətirilməlidir.

Off Grid Sistemlər Quraşdırılarkən Diqqətə Alınmalıdır:

• Off Grid sistem quraşdırılarkən uyğun gücdə inverter seçimi önəmlidir. İstifadə ediləcək cihazlara görə anlıq pik enerji miqdarına uyğun gərginlik və gücdə inverter hesablanmalıdır. Seçilən inverterdə diqqət edilməli ən önəmli xüsusiyyət istifadə edilən cihazların (soyuducu kimi motorlu avadanlıqların) pik enerji səviyyələrini qarşılayacaq gücdə olmasıdır. Pik enerji axımı normal axımın 3-4 qatı qədər ola bilir. İnverterlər cihazın xüsusiyətlərinə görə bu axımları qarşılayacaq gücdə seçilməlidir.

• Sistemin qurulacağı yer dam olacaqsa, damın yönü və meyilliliyi detallı hesablanmalıdır. Qurulacaq konstruksiya dam izolyasiyasına zərər verməyəcək şəkildə montaj edilməlidir. Günəş panelləri həyətə qurulacaqsa, sabit şəkildə yerləşdirilməklə bərabər günəşi izləyən cihazlar (solar trackers) qurularaq da montaj edilə bilər. İstehsal olunan enerjinin 15-35% miqdarında artırılması üçün izləyicilərin (solar tracker-lərin) tək, ya da cüt oxlu olmasına da diqqət yetirmək lazımdır.

• Akkumulyator qruplarının mühafizəsi akkumulyatorların ömürləri baxımından çox önəmlidir. Bu səbəblə akkumulyatorlar quraşdırıldığı zaman akkumulyatorların yerləşdiriləcəyi yer də ciddi düşünülməlidir. Akkumulyatorların yerinin hava giriş-çıxışlı etmək onların isinməsinə qarşı ən effektiv üsullardandır.

• Enerjinin DC olaraq daşınması zamanı məsafə artdiqca itirilən enerji miqdarı olduqca önəmli hal almağa başlayır. Bu səbəbləistifadə ediləcək cihazların (günəş panelləri – akkumulyator – inverter ) aralarındakı məsafə minimum olmalıdır. Əlavə olaraq uyğun kəsimlərlə naqillər istifadə edilməlidir.

• Sistem hesablanması tamamlandıqdan sonra evin illik / sezonluq olaraq istifadəsinə və evin enerji ehtiyacına görə “autonomy period”, yəni “azad işləmə müddəti” müəyyən ediləcək. “Autonomy period” yaxud, “azad işləmə müddəti” mühəndislər tərəfindən müəyyən edilən günlərlə günəşin çıxmaması hallarında evin enerjisinin akkumulyatorlardan təmin edilməsinə deyilir.

Off Grid Sistemlərin Zəmanəti, Qiyməti və Satış Mərkəzi

Helind MMC şirkəti Azərbaycanda alternativ enerji məhsullarının rəsmi satış mərkəzidir. Şirkət bu və digər alternativ enerji sistemləri quraşdırılması ilə də məşğuldur. Off-grid sistemlərdə avadanlıq növünə görə panellərə 25 il müddətinə, digər avadanlıqlara isə 1-10 il müddətinə zamanət verilir. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizə zəng edin, yaxud WhatsApp-la əlaqə saxlayın: +994506789911

Helind MMC – Enerji Alternativiniz

 

Paylaş