Background

FAQ

Bütün enerji sahəsində məhsullar, həllər və xidmətlər təklif edirik. Müştərilərimizə gələcəyə yatırım etməkdə optimal yollar göstəririk.

Tez-tez soruşulan suallar

Sistem qiyməti yalnız evin sahəsinə görə hesablanmır. Qiymət hesablanarkən enerji tələbatı (gündəlik və aylıq istehlak), istifadə olunacaq avadanlıqların növü və gücü, günəş panellərinin sayı, batareyaların tutumu, inverterin gücü, quraşdırma yeri və montaj şəraiti kimi bir çox amillər nəzərə alınır. Dəqiq qiymət təklifi üçün enerji istehlakınız və layihə detallarınız barədə məlumat təqdim etməyiniz vacibdir.
Alternativ enerji sistemləri fərdi evlərdə, bağ evlərində, kənd təsərrüfatı sahələrində, sənaye müəssisələrində, ofis binalarında, ticarət obyektlərində və elektrik xətləri olmayan uzaq yaşayış məntəqələrində quraşdırıla bilər. Həmçinin məktəblər, xəstəxanalar və digər ictimai obyektlərdə də enerji müstəqilliyi və qənaət məqsədilə tətbiq olunur.
Alternativ enerji sistemlərinin bir neçə növü var. Bunlar on grid, off grid, hibrid olaraq 3 yerə bölünür. On grid sistemlər elektrik olan yerlərdə qənaət üçün, Off grid sistemlər elektrik olmayan yerlərdə işığı təmin etmək üçün, Hibrid sistemlər isə fərqli alternativ enerji qaynaqlarını özündə birləşdirərək elektrik təminatını həyata keçirmək üçündür.
Helind Enerji, Hökməli qəsəbəsi, Bakı-Şamaxı şos. 15-ci km-də yerləşir. Ünvana daha ətraflı səhifəmizin Əlaqə bölməsindən baxa bilərsiniz.
Alternativ enerji növləri ənənəvi enerji qaynaqlarından fərqli olaraq təmiz və uzunömürlüdür. Bunlara günəş, külək, su, geotermal, hidrogen enerjisi və sair kimi bərpaolunan enerji növləri daxildir.

Son yazılar

Cəbrayılın Şükürbəyli Kəndində 2.1 MW Günəş Enerjisi Sistemi Qurduq  – 635 Ev Artıq Günəşlə İşləyir

Cəbrayılın Şükürbəyli Kəndində 2.1 MW Günəş Enerjisi Sistemi Qurduq – 635 Ev Artıq Günəşlə İşləyir

Ətraflı
Azərbaycan Enerji Bazarında Günəş Enerjisi Satışı: Aktiv İstehlakçı Nədir və Kimlər Bu Statusu Qazana Bilər?

Azərbaycan Enerji Bazarında Günəş Enerjisi Satışı: Aktiv İstehlakçı Nədir və Kimlər Bu Statusu Qazana Bilər?

Ətraflı
Günəş Enerjisi Sistemləri Öz Xərcini Nə Qədər Vaxta Çıxarır? — ROI Nədir?

Günəş Enerjisi Sistemləri Öz Xərcini Nə Qədər Vaxta Çıxarır? — ROI Nədir?

Ətraflı