3d-printer-helind-3d-print-3d-cap-3d-cap-yeri-ucolculu-cap-ucolculu-cap-xidməti-xidmeti
3D Çap, 3d print, 3d printer, Helind MMC, Alternativ Enerji

Üçölçülü Çapetmə – 3D Çap

Gündəlik həyatımızda işlədilən bir çox əşyaları ev şəraitində üçölçülü (3d çap) çapetmə maşınıyla istehsal olunması prosesi inkişaf edir. Son zamanlar bu üsulla istehsal oluna bilən məhsulların sayı sürətlə artır.

Üçölçülü ( 3D Çap) istehsal prosesi çox sadədir. İlkin olaraq çap olunacaq məhsulun CAD (Computer-Aided Design – Kompüter dəstəkli layihələndirmə) proqramı vasitəsiylə dizaynı hazırlanır. Daha sonra həmin dizayn üçölçülü çapetmə maşınına yükələnir. Maşın isə öz növbəsində kiçik zərrəciklər vasitəsiylə məhsulu qat-qat çap etməyə başlayır. Bu yolla çox mürəkkəb quruluşa malik olan məhsulları daha sürətli və ucuz istehsal etmək olur.

Üçölçülü çapetməni ənənəvi emal üsullarından fərqləndirən əsas cəhət onun sıfırdan başlayaraq məhsulu istehsal edə bilmə qabiliyyətidir. Ənənəvi üsullarla istehsal olunduqda başlanğıc məhsul kəsilir, deşilir və s. bu kimi istfadə oluna bilinməyən qalıqlara ayrılır. Məsələn, 100 kq metaldan bəzən ancaq 50-60 kq məhsul istehsal etmək olur, qalıq meteal isə tullantı olur. Üçölçülü çapetməni vasitsiylə isə 100%-lik istifadə əldə etmək olur. Çünki maşın birbaşa daxil etdiyimiz modeli ən kiçik zərrəciklərindən başlayaraq qat-qat istehsal etməyə başlayır.

3D printerlərin 2 növü vardır. FDM və DLP

FDM prototiplər üçün yararlıdır. İstehsalat da istifadə olunmasına baxmayaraq, xırda qüsurların olması mümkündür. Qüsurları aradan qaldırmaq üçün çapdan yonma, cilalama və parıldatma işi görülür.

DLP daha qüsursuzdur və hamardır. Daha dəqiqlik tələb edən çaplarda bu printerlərdən istifadə olunur. İstifadə sahələri: startaplar, prototiplər, maketlər, kiçik sayda olan istehsalat cihazlarının quturları, zərgərlik və stomatogiya.

Helind MMC – Enerji Alternativiniz

Helind MMC şirkətinin əsas istiqaməti alternativ enerji sahəsidir. Azərbaycanda alternativ enerji çox baha olması bizi bu sektorda qiyməti minimallaşdırmağı düşünməyə sövq edir. Bunun üçün bəzi avadanlıqların yerli istehsalına başlamışıq. Yaxın gələcəkdə sistemlərimizdə istifadə olunan avadanlıqların tamamilə yerli istehsal olması istiqamətində mühüm işlər görülür.

Bizi izləyin