Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-content/plugins/sitepress-multilingual-cms/classes/query-filtering/class-wpml-archives-query.php on line 1

Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-content/plugins/contact-form-7/includes/contact-form-template.php on line 1

Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-content/plugins/woocommerce/includes/class-wc-background-emailer.php on line 1

Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-includes/pluggable.php on line 1

Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-content/plugins/sitepress-multilingual-cms/classes/options/class-wpml-multilingual-options.php on line 1

Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-content/plugins/contact-form-7/modules/akismet.php on line 1

Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-content/plugins/sitepress-multilingual-cms/classes/requirements/class-wpml-integrations-requirements.php on line 1

Warning: session_start(): Cannot start session when headers already sent in /home/helind/public_html/wp-content/plugins/booked/booked.php on line 363

Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-content/plugins/unyson/framework/extensions/builder/includes/option-types/builder/includes/templates/class-fw-ext-builder-templates.php on line 1

Warning: session_start(): Cannot start session when headers already sent in /home/helind/public_html/wp-content/plugins/unyson/framework/includes/hooks.php on line 259
Litium Akkumulyatorlar - Helind - Enerji Alternativiniz
litium akkumulyator, litium akkumulyatorlar, litium akumulyatorlarin istifade qaydasi, litium akumulyatorların satışı, litium akü, litium akü satışı, akkumulyator satışı, akkumulyator dolduran, akkumulyator nədir, akkumulyator qiymətləri, akkumulyator alisi, akkumulyator təmiri, akkumulyator aliram, akkumulyator tap.az, akkumulyator baki, akkumulyator baku, akkumulyator batareyalar, akkumulyator batareyalari, akkumulyator batareyasi, akumulyator satisi, akumulyator qiyməti, akumulyator satishi, akumulyator qiymeti, akumulyator bakida, akumulyator azerbaycanda satisi, akumulyator ups sistemi ucun, ups sistemi üçün akumulyator, akkumulyator haqqında, akkumulyator haqqinda məlumat, akkumulyator haqda, akkumulyator haqqinda melumat, akkumulyator istehsalı, islenmis akkumulyator qiymeti, islenmis akkumulyator satisi, akkumulyator kredit, akkumulyator qiymetleri, akkumulyator qiymeti, akkumulyator qiyməti, mutlu akkumulyator qiymeti, akkumulyator mutlu, masin akkumulyator satisi, mutlu akkumulyator baki, mutlu akkumulyator satışı, akkumulyator sozunun menasi, akkumulyator nedir, akkumulyator necə yazılır, akkumulyator satilir, akkumulyator suyu, akkumulyator satishi, akkumulyator secimi, akkumulyator şərti işarəsi, ştutqart akkumulyator, akkumulyator temiri, akkumulyator ustasi, ups akkumulyator, akkumulyator varta, akkumulyator vikipediya, ən yaxşı akkumulyator, en yaxsi akkumulyator

Litium Akkumulyator Nədir?

Günəş panelləri və külək turbini sistemləri inkişaf etdikcə alternativ enerjinin saxlanılması sistemləri də dəyişir, inkişaf edir. Ümumiyyətlə uzunömürlü və daha çox şarj ediləbilən olması ilə elektrikli maşınlarda, mobil telefonlarda və ya noutbuklarda işlənən litium akkumulyatorlar artıq alternativ enerji sistemləri üçün də ən doğru seçimlərdəndir. Litium ion batareyaları yeni-yeni həyatımıza girsə də, əslində çox uzun zaman öncə istifadəyə verilmişdir. Bu akkumulyatorlar 1912-ci ildə Gilbert N. Lewisin təşəbbüsü ilə kəşf edilmiş, günümüzə qədər ciddi təkmilləşmə yolu keçmişdir. Helind MMC olaraq sizlərə Azərbaycanda ən keyfiyyətli litium-ion akkumulyator çeşidlərini təklif edirik.

Litium Akkumulyatorlar və Əsas Özəllikləri

Litium ion adı akkumulyatorun içində istifadə edilən kimyəvi maddələrdən gəlir. Akkumulyator texnologiyasında istifadə edilməyə başlanılan ən yeni məhsullardan biri Litium-ion akkumulyatorların populyarlığı getdikcə artmaqdadır. Litium-ion akkumulyatorlarında saxlanılan enerji klassik akkumulyatorlara nəzərən daha çoxdur. İstehsal texnologiyası səbəbindən olduqca yüngül və kiçik ölçülərdə ola bilən litium akkumulyatorlar yer baxımından da böyük qənaətə yol açırlar. Hibrid avtomobillərdə, yenilənəbilən enerji qaynaqları istifadəsində, telekommuniyasıya texnologiyasında və bir çox sahədə istifadəyə ən uyğun akkumulyatorlar litiumlardır.

Litium akkumulyatorların enerji saxlama müddətləri olduqca çoxdur. Sürətli şarj özəllikləri ilə zamanda qənaət, yüngül olmaları sayəsində isə rahat daşınabilmə xüsusiyyətlərinə sahibdirlər.

Litium Akkumlyatorların Ömürü Nə Qədərdir?

Litium ion akkumlyatorların ömürü istehsal prosesinin bitməsi ilə başlayır. Yəni istehsal bitdiyi zaman akkumlyatorların rəflərdə yerləşdirilməsi ilə onlar artıq bir çox məhsul kimi öz ömürlərinə başlayırlar. Litium akkumlyatorların göstərəcəyi performans və sahib olduğu istifadə ömürü istifadəçinin akkumlyatordan yararlanma formasına görə dəyişkənlik göstərir.
Bir litium batareya 25 dərəcəlik bir otaq temperatorunda istifadə edilmədən saxlanılarsa və hər istifadə sonrasında tamamilə şarj edilsə belə hər il batareyanın ömüründən 20%-lik bir əksilmə olacaq.
Litium ion akkumlyatorların ömürü birbaşa onun saxlanıldığı yerin temperaturuna görə dəyişiklik göstərir. İstilik artdıqca akkumlyatorun ömürü azalır, temperatur azaldıqca isə akkumlyatorun ömürü artır.

Litiumların istifadə ömürünə təsir edən digər bir nüans isə batareyanın şarj səviyyəsidir. 40% səviyyəsində dolu olan bir akkumlyator 0 dərəcəlik bir yerdə saxlanılarsa, illik istifadə ömüründə təxmini 2% azalma ola bilər.

Litium akkumlyatorların mümkün olan ən uzun müddətdə istifadə edilməsi üçün bəzi nüanslara diqqət etmək lazımdır. Beləliklə, ilk olaraq akkumlyatoru tamamilə boşalmış halda saxlamaq lazım deyil. Tamamilə boşalmış şəkildə saxlanılan akkumlyatorların ömürü qısalır. Bu səbəbdən akkumlyatorlarda az da olsa, enerji saxlamaq ciddi dərəcədə önəm daşıyır.

Standart istifadə şərtləri altında ortalama litium ion akkumlyator ömürü 20 il ətrafındadır.

Litium Akkumulyatorların Avantajları

Litium akkumulyatorlar olduqca avantajlıdır. Bu səbəbdən hazırda dünyada ən çox istifadə olunan batareya növüdür. Aşağıdakı nüanslar litium akkumulyatorları digərlərindən fərqləndirir:
• Litium akkumlyatorlar eyni tutuma malik olan digər konvansional akkumlyatorlarla müqayisədə daha az yer tutur. Ortalama olaraq yerin 4-də 1-indən daha az yer tutduğu reallıqdır.
• Litium akkumulyatorlar özləri ilə eyni tutuma sahib digər konvansional akkumlyatorlarla müqayisədə 4-də 1 qədər daha yüngüldür.
• Litium akkumlyatorların istifadə ömürü anidən başa çatmır. Ancaq zamanla akkumlyatorun tutumu azalmağa başlayır. Akkumlyatordan performans görülmədiyi vaxt artıq istifadəyə son verilə bilər.
• Litium akkumlyator tam tutumu ilə işləyə bilər.

• Litumlar istənilən zaman şarj edilə bilir.
• Akkumulyatorların şarj edilməsi üçün tamamilə boşalmasını gözləməyə ehtiyac yoxdur.
• Digər akkumulyatorlar kimi yaddaş problemi yaşamır. Yəni doldurulmuş enerjinin miqdarı akkumlyatorun yaddaşında qalır.
• Bu akkumulyatorlar təxmini 2.5 saat kimi qısa müddətdə şarj edilə bilir.
• Litiumlar olduqca güvənlidir. Akkumlyatordan maye, asit və ya zəhərli qazlar ətrafa sızmır. Bu səbəbdən dünyada rahatlıqla istifadə edilir.

• Litiumlar yüksək dərəcədə doldurulma və boşaldılma məhsuldarlığına sahibdir.
• -30 dərəcəlik soyuq hava şəraitindən 60 dərəcəlik isti hava şərtlərinə qədər bu akkumulyatorlar istifadə edilə bilir. (Lakin kəskini hava şərtlərinin onun tutumuna zərər verməməyi üçün temperatur ortalamaları gözlənilməlidir.)
• Litium akkumlyatorlar digərləriylə müqayisədə daha bahalıdır ancaq uzunmüddətli istifadə üçün avantajlı seçimdir.
• Litium akkumlyatorlar baxım tələb etməyən cihazlardır.
• Akkumlyator daxilildə kontroller mövcuddur və bununla o daha güvənli işləyir.

Litium Akkumulyator, Verilən Zəmanət və Akkumlyatorların Satış Mərkəzi

Helind MMC olaraq Azərbaycanda alternativ enerji sahəsində ən keyfiyyətli və sərfəli Litium Akkumulyatorların satışı və quraşdırılması ilə məşğul oluruq.  Bu tipli akkumlyatorlara 10 il müddətinə zamanət veririk. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizlə əlaqə saxlayın: +994506789911

Helind MMC – Enerji Alternativiniz

Helind MMC şirkətinin əsas istiqaməti alternativ enerji sahəsidir. Azərbaycanda alternativ enerji çox baha olması bizi bu sektorda qiyməti minimallaşdırmağı düşünməyə sövq edir. Bunun üçün bəzi avadanlıqların yerli istehsalına başlamışıq. Yaxın gələcəkdə sistemlərimizdə istifadə olunan avadanlıqların tamamilə yerli istehsal olması istiqamətində mühüm işlər görülür.

Bizi izləyin