Günəş Kollektoru və Onun İş Prinsipi

Günəş kollektorlarının iş prinsipi günəşin parlaq enerjisinin istilik enerjisinə çevrilməsinə əsaslanır.

Bu, kollektorda dolaşan istidaşıyıcısının  (ən çox su, bəzən antifriz) qızdırılması və sonra yığılmış istiliyin ötürülməsi nəticəsində həyata keçir. Başqa sözlə, günəş kollektoru suyun isidici sistemi kimi işləyir,  bu da onun tətbiqi sahəsini müəyyənləşdirir ( evlərdə isidicilər).

Suyu isitmə prinsipi

Gelio kollektorlarının müxtəlif növləri  var, amma su isitmə sistemlərində hamısı eyni  sxemlə  işləyirlər. Günəş şüaları su ilə dolu çənə nazik borularla gələn istidaşıyıcını qızdırır. İstidaşıyıcı ilə təchiz olunan borular çənin bütün daxilindən keçərək içindəki suyu isidir. Daha sonra su məişət ehtiyaclarına sərf olunur (isitmə sistemləri v.s.) Çəndəki  suyun temperaturu xüsusi sensorlar tərəfindən nəzarətdə saxlanılır, soyuma  müəyyən bir minimumun  altına endikdə, avtomatik olaraq əlavə yanacaq istilik sistemi (adətən qaz vəya elektrik qazanı) açılır.

China Apricus 300L Pressurized Flat Plat Solar Water Heater ...

Bütün günəş su isitmə qurğularının işləmə prinsipi bu şəkildədir. Düz və vakuum kollektorlarının işinə gəldikdə isə, işin yeganə prinsipinə baxmayaraq (istidaşıyıcının günəşlə qızdırılması və o istini ötürməsi) oların işində çox fərq var.

Düz kollektorlar

Düz  günəş kollektoru istidaşıyıcını  plastinka absorber ilə qızdırır. Çox asan quraşdırılıb. Əslində, bu xüsusi boya ilə qaraya rənglənmiş istini çəkən metal plastindir. Plitənin alt səthinə sıx ilanvari  boru yerləşdirilib və məhz onun içində maye dövr edir.

Qara selektiv boya günəş işığının maksimum emalını təmin edir və onların əksi, demək olar ki, sıfıra bərabərdir. Qəbul olunan şualar absorber altında istidaşıyıcını isidir, oda öz növbəsində sistemə ötürülür. İstilik itkisini minimuma endirmək üçün, absorberin kollektor korpusundan istilik izolyasiyası və oksidlərdən, demək olarki, azad olmuş temperli şüşə tətbiq olunurlar. O absorberin üstündə quraşdırılır və yuxarı qapaq  işini yerinə yetirir. Bundan əlavə bu cür şüşənin istifadəsi, özünəməxsus “parnik effekti” yaratmasına imkan verir, buda absorberin isinməsini və dolayısıyla, istidaşıyıcının temperaturunu artırır.

Vakuum kollektorlar

Vakuum kollektorlarının işləmə  prinsipi fərqlidir. Bu, əsasən, dizayn fərqinə bağlıdır. Vakuum modellərində əsas işləyici element absorber plitəsi deyil, istiyığıcı və vakuumlaşdırılmış borular sistemidir. Hətta, belə borulan dizaynın bir neçə çeşidi var.

Bunla belə, struktur fərqliliyinə baxmayaraq, bu boruların hərəkətinin ümumi təsiri demək olar ki, eynidır. Şüşə sətt, yüksək selektiv ötrü sayəsində maksimum günəş şuaları qəbul edə bilir. Günəş enerjisi  daxili istidaşıyıcısını isidir, vakuum qatı isə istilik itkisini aradan qaldırır, çünki vakuum ən yaxşı izolyatordur. İstilik kollektoru vasitəsilə şarj olunmuş  istilik sistemə daxil olmağa davam edir və saxlama çənindəki suyun isidilməsində istifadə olunur.

Ümumiyyətlə, bu tip kollektor düz bir analoqu ilə müqayisədə daha yüksək istehsalatla  təmin edir.

Vakuum borular

Klassik vakuum borusunun quruluşu olduqca sadədir. O, divarları arasında vakuum  olan ikitərəfli şüşə kolbadan ibarətdir.İçində misdən “ürək” yerləşdirilib (istilik kanalı). Belə boru “koaksial” adlanır. Bir digər növü- “lələk borular” ,vakuumu  istilik  kanalının içində olan təkdivarlı kolba.

Vakuum borusunun işləmə  prinsipi  istilik kanalının struktur xüsusiyyətlərinə və lampanın tipinə bağlıdır.Kanallarda kolbalar kimi iki növ olur: düznöqtəli və “head pipe”.

Düznöqtəli kanalların hərəkətləri  U -şəklində mis boru  vasitəsilə istidaşıyıcının  birbaşa axını əsasında aparılır. Soyudulmuş maye istilik kollektorundan boruya daxil olur, onun içindən keçir, qızdırır və istilik kollektoruna qayıdır. Orada, yığılmış istiliyi əsas istidaşıyıcıya ötürür və boruya qaytarır.

Heat pipe borusu biraz fərqli işləyir. Onun işləmə prinsipi, istilik kanalında yığılan, asan buxarlanan maye vasitəsilə ötürülən istiyə əsaslanır. Kanalın özü (boru) istilik tutan metaldan (alüminium, mis) hazırlanır. Günəş işığı mayeni qızdırır, borunun alt ucundan buxarlanır və  və istilik kollektorunda qarışır. Qarışım aşağı süzülür, hardakı günəş işığı onu yenidən isidir. Əsas istidaşıyıcı istilik kollektorundan istiliyi alır və kollektordan sistemə irəli ötürür.

İstilik toplayıcısı

Borulardan əlavə, vakuum günəş kollektoru istilik toplayıcı ilə təmin olunur,borudan istidayışıcısına istiliyi ötürmək üçün. İstilik toplayıcısı avadanlığın yuxarı hissəsində yerləşir. Onun işləmə prinsipi aşağıdakı kimidir. Mis “ürək” toplanmış enerjini əsəs isti daşıyıcısına ötürür, hansı ki,“çənin istidəyişəni- kollektor” arasında dövr edir. Dövriyyəni xüsusi kiçik nasos həyata keçirir. İstidaşıyıcının temperaturu normadan aşağı düşmüş olarsa (misal gecə), o zaman su-qızdırma sisteminin avtomatik idarəetməsi nasosu söndürəcəkdir. Beləliklə, təkrar isinmənin qarşısı alınmış olur, o halda istidaşıma, saxlanma çənində toplanmış suyu götürərdi.

Hava kollektorları

Hava tipli günəş kollektoru daha az yaygındır. Suyu isitmək üçün yox, havanın isinməsi üçün istifadə olunur. Havanın özü, günəş şualarıyla isinərək, istidaşıyıcı rolunu oynayır. Əslində, bu kollektor qara rəngə boyanmış qabırqavarı metal panel təsvirindədir. İş prinsipi günəş şualarıyla panelin altında isinən, məkanlara təbii vəya məcburi verilən  hava axınının ötürülməsinə əsaslanır.

Şərh yaz:

Helind MMC şirkətinin əsas istiqaməti alternativ enerji sahəsidir. Azərbaycanda alternativ enerji çox baha olması bizi bu sektorda qiyməti minimallaşdırmağı düşünməyə sövq edir. Bunun üçün bəzi avadanlıqların yerli istehsalına başlamışıq. Yaxın gələcəkdə sistemlərimizdə istifadə olunan avadanlıqların tamamilə yerli istehsal olması istiqamətində mühüm işlər görülür.

Bizi izləyin