PWM Kontroller (Pulse Width Modulation) “zərbə genişliyi modulasiyası” sözlərinin qısaltmasıdır. PWM kontrollerlər sabit bir çıxış yerinə doldurulan akkumulyatora qısa doldurma siqnalları göndərir. Kontroller cihazı siqnalların uzunluğunu və göndərilmə aralığını akkumulyatorda olan enerjiyə görə müəyyənləşdirir. Əgər akkumulyator boşaldılıbsa, cihazın akkumulyatora göndərdiyi axım siqnalları uzun və davamlı olur. Ancaq akkumulyator dolu olduğu zaman bu siqnallar qısa və bir neçə saniyə aralıqlarında göndərilir. Alternativ enerji sektorunda ucuz olması baxımından ən çox istifadə edilən cihaz PWM-dir. Helind şirkəti olaraq enerji sistemlərinin quraşdırılması zamanı müştərilərimizə təklif etdiyimiz məhsullar arasında PWM Kontrollerlər əsas yer tutur. PWM kontroller ilə sistem qiymətinin hesablanması və alternativ enerji barədə ətraflı məlumat üçün əlaqə saxlayın, yaxud WhatsApp-a yazın: +994 50 678 99 11