MPPT Kontroller (Maximum Power Point Tracking) “Maksimum Güc Nöqtəsi İzləyicisi” kimi tərcümə olunur. Günəş panelləri tərəfindən istehsal edilən elektriki sistemin işləyişinə ən uyğun gərginlik və axım səviyyəsinə çevirərək akkumulyatorları doldurur. Bu cihaz gərginlik dəyəri müəyyən bir səviyyəyə gəldiyi zaman akkumulyatorların gərginliklərini izləyir və buna uyğun olaraq panellərdən akkumulyatorlara enerji axışına icazə verir, yaxud əngəlləyir. MPPT kontrollerlər həddindən artıq gərginliyi axıma çevirə bilir. Bu xüsusiyyəti ilə akkumulyatorları doldurmaq üçün lazım olan müddət azalır. Bu da sistemin həmişə aktiv olaraq işləməsini təmin edərək onun məhsuldarlığını artırır. Helind şirkəti olaraq enerji sistemlərinin quraşdırılması zamanı müştərilərimizə təklif etdiyimiz məhsullar arasında MPPT Kontrollerlər əsas yer tutur. MPPT kontroller ilə sistem qiymətinin hesablanması və alternativ enerji barədə ətraflı məlumat üçün əlaqə saxlayın, yaxud WhatsApp-a yazın: +994 50 678 99 11