Horizontal Külək Turbini Nədir?

  Horizontal Külək Turbini Nədir?

Horizontal Külək Turbini Nədir?

 

Külək Turbini Nədir?

Ümumiyyətlə Külək Turbinləri küləkdəki kinetik enerjini mexaniki enerjiyə sonra isə elektrik enerjisinə çevirir. Külək turbinlərinin hissələrinə nəzər salsaq, ümumi olaraq onlar qüllə, sürət çeviricisi, generator, elektrik elektronikası və qanadlardan ibarətdir. Külək turbinlərinin indiyə qədər istehsal olunmuş bir çox növü var. Bunlar horizontal külək turbinləri və vertikal külək turbinləri olaraq iki yerə ayrılır.
Külək turbinlərinin satışı və quraşdırılması ilə məşğul olan 
Helind MMC sizlərə Horizontal Külək Turbinləri-ni təqdim edir.

Horizontal Külək Turbinlərinin Əsas Xüsusiyyətləri Nələrdir?

Külək enerjisi almaq üçün alternativ enerji məhsulları arasında ən çox istifadə edilən külək turbini növlərindən biri horizontal külək turbinləri sayılır. Bu turbinlərdə fırlanma oxu külək yönünə paralel, qanadlar külək yönünə dik olur. Hazırda bazarda olan külək turbini növlərindən ən çoxu Horizontal Külək Turbini-dir. Horizontal turbinlər küləyi ön tərəfdən daha yaxşı ala biləcək şəkildə fırlanan səth üzərində yerləşdirilir. Bu turbinlərdə rotor qanadların sayı azaldıqca rotor daha sürətli fırlanır. Ümumiyyətlə bu tipli külək turbinləri 20-30 metr yüksəklikdə və ətrafındakı əngəllərdən 10 metr yüksəkdə dayanacaq formada quraşdırılmalıdır. Horizontal külək turbinlərinin də özlüyündə bir çox növləri var. Küləkdən enerji almaq üçün küləyi öndən və ya arxadan qəbul edən turbinləri, təkqanadlı, cütqanadlı, üçqanadlı , yaxud çoxqanadlı külək turbinlərini misal çəkmək olar.

Külək Turbinlərində Pitch Kontrolu Nədir?

Bildiyimiz kimi külək turbinləri yüksək məhsuldarlıqla enerji almaq üçün ən geniş yayılmış alternativ enerji məhsullarından biridir. Təbii ki, hər külək turbininin öz quruluşuna, formasına, funksiyalarına görə öz avantajları olur. Ümumilikdə külək turbinlərində həddindən artıq pis hava şəraiti üçün düşünülmüş bir çox qabaqlayıcı tədbirlər, funksiyalar var. Horizontal və digər külək turbinlərində bununla bağlı yerləşdirilmiş Pitch Control sistemi var.
Külək il ərzində hər zaman eyni yerdən yox, çox fərqli istiqamətlərdən əsə bilər. Külək turbinlərində də maksimum elektrik enerjisi istehsalı üçün qanadlar və turbini külək yönünə çevirməyə hesablanmış mexanizmlər var. Pitch Kontrol sistemi ilə külək turbininin qanadları fırlanaraq küləyin gəldiyi yönü təyin edir və bütünlüklə turbin pitch mexanizmiylə küləyin gəldiyi yönə çevrilir.

Horizontal Külək Turbinlərində Təhlükəsizlik və İdarə Sistemi

Külək turbinlərinin beyni funksiyasını daşıyan elektronik idarə sistemi ilə turbinə aid bir çox məlumat qeydiyyata alınaraq külək turbini sisteminə göndərilir. Külək turbinlərinin demək olar əksəriyyətində idarə sistemi və məhsuldarlığın ölçülməsi baxımından mikroprosessor istifadə edilməkdədir.

Ümumilikdə aşağıdakı parametrlər izlənilir:
– Sistemə girişli çıxışlı külək sürətləri
– Generator çıxışının şəbəkəyə axını
– Külək yönünə görə gövdə hərəkəti
– Qanad bucaqlarının nizamlanması
– Turbinin kritik vaxtlarda dayandırılması

Qeydiyyata alınan parametrlər
– Küləyin sürəti
– Yön məlumatları
– Generator çıxışı
– Külək sürətinə nəzərən elektrik enerjisi istehsalının olub olmaması

Həmçinin bu idarə sistemi bildirdiyimiz kimi turbinin kritik vaxtlarında, məsələn, generatorun həddindən çox isinməsi, şəbəkədən qopma, əlverişsiz hava şəraitlərində qırılmasının, xarab olmasının qarşısını almaq məqsədiylə əyləc funksiyasını da işə sala bilir.

Horizontal Külək Turbinləri, Onlara Verilən Zəmanət və Turbinlərin Satış Mərkəzi

Helind MMC Azərbaycanda alternativ enerji məhsulları satışı və quraşdırılması ilə məşğuldur. Ehtiyacınız olan enerjini əldə etmək üçün Horizontal Külək Turbinlərini bizdən sifariş edə bilərsiniz.  Bu tipli turbinlərə 5 il müddətinə zamanət veririk. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizlə əlaqə saxlayın: +994506789911

Helind MMC – Enerji Alternativiniz

 

Paylaş