Hibrid Sistem Nədir?

Hibrid Sistem Nədir?

Hibrid Sistem Nədir?

Hibrid Sistem Nədir?

Hibrid sistemlər birdən çox enerji qaynağının istifadə edildiyi sistemlərə deyilir. Bu sistemlər bir çox fərqli alternativ enerji qaynağını özündə birləşdirə bilər. Hibrid sistemlərdə külək, günəş, su, geotermal və sair enerji qaynaqlarının birlikdə istifadəsi ilə ilin bütün fəsillərində enerji istehsal etmək mümkündür. Helind MMC olaraq təklif etdiyimiz hibrid paketlərlə 24 saat kəsintisiz enerjidən isitfadə edə biləcəksiniz.

Hibrid Sistemlərə Hansı Avadanlıqlar Daxildir?

Hibrid sistemlər bir çox fərqli enerji qaynağı ilə işləyə bildiyi üçün hər enerji qaynağından elektrik istehsal edə biləcəyimiz bütün növ alternativ enerji avadanlıqları hibrid sistemlərdə işlədilə bilər. Məsələn, günəş panelləri, külək turbinləri, su turbinləri və sair. Bundan əlavə bilindiyi kimi istənilən alternativ enerji qaynağından sadəcə yuxarıda qeyd edilən avadanlıqları quraşdıraraq enerji almaq olmaz. Bunun üçün xüsusi sistemlər yığılmalıdır. Yəni əlavə olaraq hibrid sistemlərdə enerji yükünə uyğun inverterlər, kontrollerlər, akkumulyatorlar, sabit cərəyan qoruyucuları, konstruksiya avadanlıqları, naqil və digər montaj aksessuarlarından istifadə edilir.

Hibrid Sistemlərin Avantajları

  • Gün ərzində qurulmuş alternativ enerji qaynaqlarından elektrik istehsalını təmin edir
  • İstehsal edilən enerjini kəsintisiz bir şəkildə rahatıqla uzun müddət işlədə bilirsiniz
  • Artıq qalan enerjinin akkumulyatorlara doldurulması və sonra istifadəsi mümkündür
  • Gecələr elektriksiz qalmırsınız
  • Akkumulyatorlar tam dolduğu zaman akkumlyator kontrolleri vasitəsilə sistemə məlumat ötürülür və elektrik istehsalı dayandırılır.
  • Akkumulyatorlardan istifadə edildiyi zaman isə avadanlıqlar yenidən enerji istehsal etməyə başlayır.
  • Hibrid sistemlərlə olduğunuz yerdə demək olar ki, ehtiyacınız olan bütün avadanlıqları işlədə bilirsiniz
  • Həmçinin bu cür sistemlərin on-grid və off-grid variantı da mümkündür
  • Hibrid sistemlərdə on-grid özəlliklərin olması bu sistemlərin şəbəkəyə çıxışını asanlaşdırır və istənilən zaman şəbəkədən enerji almaq və satmaq kimi avantajlar yaradır
  • Hibrid sistemlərdə off-grid özəlliklərinin olması isə ona UPS xüsusiyyətləri qazandırır. Yəni enerji olmadığı vaxt elektrik akkumulyatorlardan təmin edilir.
  • Sistem gələcəkdə qazanc mənbəiyi kimi də istifadə edilə bilər

Hibrid Sistemlər Harada istifadə Olunur ?

İstifadə olunan alternativ enerji məhsulları, avadanlıqları baxımından hibrid sistemlər bir çox yerdə istifadə oluna bilər.Bu sistemlər ilə evinizdə, iş yerinizdə, böyük enerji layihələrinizdə, fermanızda, bağınızda, tarlalarınızda və sair bir çox yerdə rahatlıqla enerji istehsal edə bilərsiniz. Bir-biriləri ilə problemsiz şəkildə, uyğun bir formada işləyən alternativ enerji məhsullarımızdan ibarət hibrid sistemlərimiz mühəndislərimiz tərəfindən dəfələrlə quraşdırılmış və test edilərək müştərilərin ixtiyarına verilmişdir.

Hibrid Sistemlər, Onlara Verilən Zəmanət və Inverterlərin Satış Mərkəzi

Helind MMC Azərbaycanda alternativ enerji məhsulları satışı və quraşdırılması ilə məşğuldur. Ehtiyacınız olan enerjini əldə etmək üçün hibrid sistemləri bizdən sifariş edə bilərsiniz.  Bu tipli sistemlərə avadanlıqlardan asılı olaraq 1-2 il zamanət veririk. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizlə əlaqə saxlayın: +994506789911

Helind MMC – Enerji Alternativiniz

 

Paylaş