Semi Flexible Günəş Paneli Nədir?

Semi Flexible Günəş Paneli Nədir?

Semi Flexible Günəş Paneli Nədir?

Semi Flexible Günəş Paneli Nədir?

Semi Flexible Günəş Panelləri adından və şəkildən də göründüyü kimi əyiləbilən, digər panel növlərindən çox fərqli alternativ enerji məshuludur. Bu tipli günəş paneli digərlərinə görə daha incə və əsnək materiallardan istehsal olunur. Buna görə onlara çox vaxt Half Flexible Günəş Panelləri də deyirlər. Helind MMC olaraq sizlərə təqdim etdiyimiz Semi Flexible Günəş Panelləri yüksək keyfiyyəti ilə maksimum enerji məhsuldarlığına sahibdir.

Yarı Elastik Günəş Panellərinin Əsas Özəllikləri Nələrdir?

Bu növ günəş panellərinin rəngi tünd göy, bəzən də qara olur. Semi Flexible Günəş Panellərinin tərkibində istifadə olunan materiallar baxımından çəkisi 2 kq ətrafındadır. Digər panel növlərində isə bu göstərici 17 kq civarıdır. Günəş panellərinin əsnək olması onun dayanıqlılığı baxımından da əlverişlidir. Bu növ günəş panellərin əsasən düşərgə çadırları, elektrikli velosipedlər, səyahət maşınları və təknələrdə istifadə edilir. Bundan başqa səthi düz olmayan damlarda istənilən formada istifadə edilə bildiyi üçün digər günəş panellərinə görə daha əlverişlidir. Çünki semi flexible panellərinin montajı zamanı dam örtüyünə uyğunlaşdırılması prosesi digərlərinə nisbətən daha güvənli və rahatdır.

Əsasən Hansı Semi Flexible Günəş Panellərinə Üstünlük Verilir?

Bütün günəş panelləri kimi semi flexible  panellər də fərqli güclərdə istifadə oluna bilər. Ən çox istifadə olunan gücə sahib bu növ panellər 165W-lıq olub, bununla bərabər 150W, 250W, 265W semi flexible panellər də mövcuddur. Adi bir evdə kiçik soyuducunu, peyk antenası və televizor kimi elektrikli cihazları işlətmək üçün 300W enerji lazım olur. Belə yerlərdə lazımi enerji ehtiyacını təmin edərkən az yer tutduğu üçün 250W yarı əsnək günəş paneli yerinə iki ədəd 165W günəş panelinə üstünlük verənlərin də sayı həddindən çoxdur. Son vaxtlar Azərbaycanda alternativ enerji məhsulları içində bu tip panellər də öz populyarlığını qazana bilib.

Yarı Elastik Günəş Panellərinin Enerji Səmərəliliyi Necədir?

Günəş panellərinin səmərəliliyi aldıqları günəş işığı ilə əlaqədardır. Günəş şüası panelə nə qədər çox gəlirsə, səmərəliliyi də o qədər yüksəkdir. Alternativ enerji məhsulları arasında ən bahalı panel növlərindən biri olan semi flexible günəş panelləri çox yüksək effektivliyə malikdir. Bunlar düz olmayan səthlərdə asanlıqla istifadə oluna bildiyindən, aldığı günəş şüaları üçün yer dəyişdirmək qabiliyyəti günəş enerjisinin maksimum səmərəliliyini təmin edir. 20 dərəcəyə qədər əyilə bilən günəş panelləri demək olar ki, 100% səmərəliliyinə səbəb ola bilər. Çünki istəsəniz, günəşə uyğun olaraq şüaların ən çox düşdüyü yerə onu köçürə bilərsiniz.

Semi Flexible Günəş Panellərinin Zəmanət Müddəti və Satış Mərkəzi

Helind MMC olaraq Azərbaycanda alternativ enerji sahəsində ən keyfiyyətli və sərfəli Semi Flexible Günəş Panellərinin satışı və quraşdırılması ilə məşğul oluruq.  Bu tipli panellərə 5 il müddətinə zamanət veririk. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizlə əlaqə saxlayın: +994506789911

Helind MMC – Enerji Alternativiniz

 

Paylaş