BIPV Günəş Panelləri Nədir?
BIPV Günəş Panelləri və ya İnteqrasiya Edilən Günəş Panelləri Nədir?
BIPV günəş panelləri dam, pəncərələr yaxud fasad kimi yerlərdə ənənəvi eksteryer materialları əvəz etmək üçün istifadə edilən alternativ enerji məhsullarıdır. Bu növ panellər elektrik enerjisinin əsas və ya köməkçi bir qaynağı kimi yeni binaların inşasında daha çox istifadə edilməkdədir. Bəhs etdiyimiz modellərə bu səbəbdən inteqrasiya edilən günəş panelləri də deyirlər. Bu növ panellərin inteqrasiya edilə bilməyən sistemlərə görə avantajı böyükdür. Çünki hər hansı bir tikilinin işlənməsində digər ənənəvi materiallardan istifadə edilməməsi, həm də işçi xərclərinin azaldılması üçün büdcəyə qənaət imkanı yaradır. Bu vəziyyət inteqrasiya edilən günəş panelləri üçün alternativ enerji bazarında sürətlə böyüyən üstünlük sahibi olmağa imkan yaradıb.
BIPV Günəş Panellərinin Əsas Xüsusiyyətləri Nələrdir?
Bugünün materialı fasadda yaxud damda həddindən çox məqsədə xidmət etməlidir. BIPV günəş panelləri yağışa və gurultuya qarşı gizlilik və qoruyucu funksiyaları var deyə ənənəvi fasad və dam örtüklərinə nəzərən daha çox önəm qazanmaqdadır. BIPV Panellər müştərilərə aşağıdakı avantajları təklif edir:
– istilik izolyasiyası və kölgələmə
– istənilən rəng növü
– digər materiallarla inteqrasiya ediləbilmə
– havalandırma
– işıqlılıq yaratma, yaxud günəşdən qoruma
– innovativ dizayn
– binanın ” karbon ayaq izi “-ni azaltma
– akustik izolyasiya
– komfort artımı
– binanın, evin dəyərini artırmaq
– təbiət dostu və davamlılıq
Bütün bunlarla yanaşı onların yüksək məhsuldarlıqla günəş enerjisi istehsal edə bilməyi ən böyük özəlliklərindəndir.
BIPV Panellər Quraşdırıldıqda Nələr Diqqətə Alınmalıdır?
BIPV sistemlər memarlıq cəhətdən tikililərə inteqrasiya edilərkən elektrik istehsalı üçün maksimum məhsuldarlığı almaq və estetik dəyəri yüksək binalar dizayn etmək avantajlarına sahibdir.
Şüaları elektrik enerjisinə çevirən panellərin məhsuldarlığı onların qəbul etdiyi şüa miqdarı ilə düz mütənasibdir. Sistemə birbaşa gəlib çatan günəş işıqlarının sayı dağınıq gəlib çatan şüa sayından çox olduğu üçün gün boyu birbaşa gələn şüaları maksimum dərəcədə ala bilmək üçün günəş işığının düz bucaq ilə qəbulunu təmin etmək məhsuldarlıq baxımından böyük önəm daşıyacaq. Bu səbəbdən binanın coğrafi baxımdan yerləşməsi, bina forması, binanın günəşə görə yönü, panellərin bina üzərindəki yönü, meyilliliyi, sistemə kölgə sala biləcək təbii və ya süni əngəllərin varlığı və başqa məsələlər dizayn zamanı ciddi şəkildə analiz edilməldiir. Bina üzərindəki geniş yayılmış istifadə yerləri ümumilikdə dam və fasadlardır. Ancaq binaların uyğun şərtləri çərçivəsində onun hər yerində istifadə edilə bilən BIPV günəş panelləri yerləşdikləri tikili xüsusiyyətlərinə bağlı olaraq çox fərqli formalarda inteqrasiya edilə bilərlər.
BIPV Günəş Panellərinin Quraşdırıldığı Yerlər və Panelin Təmizliyi
Bina Üçün Günəş Paneli, Binalarda Fasadlarda Günəş Paneli, BIPV Günəş Paneli Sistemləri
Damlar belə günəş panelləri üçün onların yüksəkdə olmaları, ətrafında kölgə yarada biləcək təbii və süni əngəllərin olma ehtimalı aşağıdır deyə əlverişlidir. Fasadlarda binaların görüntüsünü modern şəkildə dəyişmək, həmçinin yuxarıda bəhs etdiyimiz bir çox izolyasiya avantajları baxımından istifadə edilir. Məkan daxilində əsasən günəş işığının yaratdığı işıqlılığın və istiliyin yarada biləcəyi narahatlıqları aradan qaldırmaq üçün quraşdırılır. Bunlardan əlavə BIPV Sistemlər şəffaf damları olan tikintilərdə, atriumlarda, terraslarda, balkonlarda, talvarlarda, geniş navalçalarda və sair uyğun yerlərdə istifadə edilə bilir.
Hər bir günəş paneli kimi yüksək məhsuldarlıq əldə etmək məqsədiylə alternativ enerji məhsulları olan BIPV panel növləri üçün də təmizlik ən birinci şərtlərdəndir.
BIPV Günəş Panellərinə Verilən Zəmanət və Panellərin Satış Mərkəzi
Helind Enerji olaraq Azərbaycanda alternativ enerji məhsulları arasında ən keyfiyyətli və sərfəli BIPV Günəş Panellərinin satışı və quraşdırılması ilə məşğuluq. Bu tipli panellərə 30 il müddətinə zamanət veririk. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizlə əlaqə saxlayın: +994506789911
Helind Enerji – Enerji Alternativiniz