Günəş Su Nasosu Nədir?
Günəş Su Nasosu Nədir?
Günəş enerjili su nasosu sistemləri günəş enerjisinin ən məhsuldar və effektiv istifadə edildiyi sahələrdəndir. Quyuların və digər su qaynaqlarının mərkəzlərə uzaq yerlərdə olduğunu düşünsək, ənənəvi enerji qaynaqlarını istifadə etməyin, ya da olduqca uzun naqillər vasitəsilə benzinli generator işlətməyin vacibliyini də vurğulamaq lazımdır. Lakin bu metodlar həm bahalı avadanlıqlar, həm işçi qüvvəsi, həm baxım, həm də davamlı artan yanacaq xərcləri təşkil edir. Günəş enerjisi isə ümumilikdə bu sahədə daha ekonomik və məhsuldar nəticələr verməkdədir.
Sistemin Quraşdırılması Üçün Nələri Bilməliyik?
1. Sistemin qurulacağı şəhər
2. Suyun çıxarılacağı dərinlik və imkan varsa, enişlər, yoxuşlar və baza yüksəkliyi haqqında məlumatlar
3. Su çəkiləcəksə, quyu ilə obyekt arasındakı məsafə
4. Günlük lazım olan su miqdarı (ton, m3 və ya litr). Bu informasiya tamamilə önəmlidir və sistemin qiymətinə birbaşa təsir edir.
5. İstifadə ediləcək nasos gündə neçə saat, həftədə neçə gün işləməlidir?
6. Su quyudan sonra ən çox neçə metr irəliyə ötürülməlidir?
7. Quyu ilə suyun ötürüldüyü yer arasında eniş, yoxuş fərqi varmı?
8. Çən, depo, baza varmı? Əgər varsa neçə metr yüksəklikdədir?
8. Damcı suvarması həyata keçirilirsə nə qədər təyziq lazımdır?
9. Su ehtiyacları daha çox hansı fəsildə olur?
Günəş Su Nasosları Harada Lazımdır?
Şəbəkə xətlərindən uzaq yerlərdə qalan suvarma ərazilərinin elektrik ehtiyacının qarşılanması üçün ən uyğun metod günəş enerjili suvarma sistemləridir.
Suvarma sistemi davamlı suvarma edilən ərazilərdə ən önəmli faktorlardandır. Lazım olan və yetəri qədər suvarma edilməzsə, məhsul tamamilə itirilə, hətta əlavə xərclərə səbəb ola bilər.
Suvarma işləri ümumilikdə yeraltı su qaynaqlarına qazma üsuluyla çataraq həyata keçirilir. Açılan quyuya qoyulan sulama nasosları vasitəsilə su yer altından və ya quyudan çəkilərək suvarma kanallarına çatdırılır. Təsərrüfat sahələrinin sulanmasında günəş enerjisi sistemi mövcud olan AC nasosların off grid sistemlə birləşdirilməsi, yaxud akkumulyator və inverter istifadəsi lazım olmayan DC nasosların qurulması kimi iki cür sistem quraşdırmaq olar. Hansı sistemin daha məhsuldar olacağı isə mühəndislər tərəfindən dəqiq hesablamalar aparıldıqdan sonra müəyyənləşir.
Günəş Enerjili Təsərrüfat Sistemlərində İstifadə Edilən Avadanlıqlar
1. Günəş Su Nasosu
Sistem quraşdırılan zaman ən önəmli məsələ lisenziyalı və təcrübəli şirkətlərlə işləmək və ehtiyaca uyğun günəş su nasosunun təyin olunması, sistemin hesablanmasıdır. Sistemdə istifadə olunan xüsusi istehsal olunmuş günəş su nasosları sayəsində sistemə lazım olan enerji miqdarı dəfələrlə azalacaq, daha aşağı gücdə günəş panelləri istifadə edərək sistemin qiymətini daha sərfəli etmək mümkün olacaq. Bundan əlavə inverter, enerji doldurma cihazı (kontroller) və akkumulyator istifadə edilmədiyi üçün enerjinin istehsal olunduğu yerdə istehlakın da olması baxımından sistem yüksək məhsuldarlıqla işləyəcəkdir.
2. Günəş Panelləri
Günəş panelləri sistemdə enerji istehsal hissə olduğu üçün düzgün və professional bir şəkildə quraşdırılmalıdır. Panel həcminin müəyyən edilməsi və quraşdırılması baxımından sistemin daha çox istifadə ediləcəyi saat aralığı nəzərə alınmalıdır. Məsələn, suvarma sadəcə yay aylarında ediləcəksə, yay aylarında günəş şüaları daha dik bucaq altında qəbul ediləcəyi üçün panelin yönündə də ona uyğun dəyişikliklər edilməlidir. Sistem 12 ay boyunca istifadə ediləcək bir sistemdirsə, il boyunca gün müddətinin ən qısa olduğu zaman (21 Dekabr) dəyərləri hesablanmalı və bu gündəki günəş şüası dəyərlərinə görə sistem simulyasiyası edilməlidir. Çox vaxt sistem quraşdırılması zamanı edilən ən böyük səhv panel seçimlərində olur. Panel həcminin səhv seçilməsi sistemin qış aylarında işləməməsinə səbəb olacaq.
3. Sensorlar
Quyu sensoru
Quyudakı su səviyyələrini ölçmək üçün istifadə olunur.
Hovuz sensoru
Hovuzdakı su səviyyəsinin görə motoru idarə edir.
4. Montaj aparatları və naqillər
Sistemin qurulacağı yerə uyğun olacaq şəkildə panelləri saxlaya biləcək konstruksiyaların və naqillərin lazımi hesablamalar edilərək müəyyənləşdirilməsi lazımdır.
İstifadə edilən avadanlıqlar xaricində nasosların modelinə və sistem qurulmasına görə DC kəsici, Powerpack kimi cihazlar istifadə edilə bilər.
Günəş Enerjili Su Nasosu Sistemlərinin Avantajları
– Şəbəkə ilə əlaqəsi yoxdur
– Sadəcə ilkin investisiya xərci var
– İstifadə xərcləri sıfıra bərabərdir. (Gərəkli vaxtlarda baxım və servis xərcləri xaric)
– Yüksək məhsuldarlığı var
– Enerji itkisi azdır
– Rahat montaj oluna biləndir
Günəş Su Nasosu Qiyməti, Verilən Zəmanət və Sistemin Satış Mərkəzi
Helind MMC olaraq Azərbaycanda alternativ enerji sahəsində ən keyfiyyətli və sərfəli Günəş su nasoslarının satışı və quraşdırılması ilə məşğul oluruq. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün günəş su nasosu qiyməti üçün ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizlə əlaqə saxlayın: +994506789911
Helind MMC – Enerji Alternativiniz