Polikristal Günəş Paneli Nədir?
Polikristal Günəş Panelləri ən geniş yayılmış alternativ enerji məhsulları arasında öndə gəlir. Bu tipli günəş panellərinə polikristal deyilməsinin səbəbi onun tərkibində birdən çox kristalvari atomun olmasıdır. Helind MMC olaraq satışını həyata keçirdiyimiz Polikristal Günəş Panelləri öz keyfiyyəti və sərfəliliyi ilə günəş enerjisi istehsalında bazarda olan bir çox panellərdən seçilir.
Bu Tip Panellərin Əsas Xüsusiyyətləri Nələrdir?
Bu növ günəş panellərinin istehsal zamanı tərkibində istifadə edilən olan bir çox silikon kristalı səbəbindən dəyişkən rəng fərqliliklərinə sahibdir. Bu rəng tonu əsasən maviyə yaxın olur. Polikristal panellərə büdcə panelləri də deyirlər. Bunun əsas səbəbi polikristalların günəş paneli bazarında öz sərfəliliyi ilə seçilməsidir. Belə ki, dünya üzrə evlərdə quraşdırılan alternativ enerji sistemləri əsasən polikristal panellərlə yığılır. Bir şeyi də nəzərinizə çatdıraq ki, günəş enerjisi əldə etmək üçün polikristal panelləri ən çox yer baxımından hər hansı çətinlik yaşamayan müştərilər sifariş edirlər. Amma yer baxımından hər hansı çətinliyiniz varsa, bu zaman monokristal günəş panelləri sizin üçün ən doğru seçim ola bilər. Çünki polikristaldan fərqli olaraq monokristal panellər daha az yer tutur.
Polikristal Günəş Panellərinin Hansı Hallarda Baxıma Ehtiyacı Var?
İstər polikristal olsun, istərsə də monokristal və yaxud başqa bir növ – əgər günəş paneli alırsınızsa, onun təmizliyinə mütəmadi diqqət yetirməlisiniz. Alternativ enerji məhsulları olan istənilən günəş paneli üzərinə düşən kölgələnmədən ciddi şəkildə təsirlənə bilər. Bu da onun enerji məhsuldarlığının gözlənildiyindən qat-qat aşağı düşməsinə səbəb olur.
Polikristal günəş panelləri bu baxımdan daha həssas bir növ olduğu üçün onu kölgəlikdən qorumalı, üstündəki yad cisimləri, əlverişsiz havalarda qarı zaman-zaman təmizləməlisiniz. Bununla da polikristal panellərin enerji məhsuldarlığını istənilən səviyyəyə qaldırmağınız mümkündür.
Enerji Məhsuldarlığı Digər Panellərlə Müqayisədə Necədir?
Məntiqi olaraq analiz etsək, günəş panellərinin enerji məhsuldarlığı əsasən sizə satılan məhsulun keyfiyyətindən asılıdır. Sadə bir misalla bildirək ki, satılan günəş paneli növlərindən, məsələn, 180 vattlıq monokristal panel alsanız, bu panel aldığınız 180 vattlıq polikristal və yaxud başqa növ günəş paneli ilə eyni enerjini verəcək. Çünki günəş panelinin növləri onun digər növündən daha çox enerji verməyinə görə yox, istehsalı baxımından, öz funksiyalarına görə fərqlənir.
Keyfiyyət faktoru bu məsələdə önəmli rol oynadığından günəş paneli alarkən onu güvəndiyiniz şirkətlərdən, rəsmi satış həyata keçirən mərkəzlərdən əldə etməyiniz məsləhətdir. Çünki günəş paneli bazarında həddindən artıq məhsul növu, marka mövcud olduğundan hansının daha keyfiyyətli olmasına qərar vermək çox çətindir. Günəş panellərinin satışı və quraşdırılması baxımından Helind MMC sizin ən güvənli iş partnyorunuz ola bilər.
Verilən Zəmanət və Polikristal Günəş Panellərinin Satış Mərkəzi
Helind MMC olaraq Azərbaycanın bölgələrində, həmçinin paytaxt Bakıda alternativ enerji sistemləri satışı və quraşdırılmasını həyata keçiririk. Ən keyfiyyətli və sərfəli Polikristal Günəş Panellərini əldə etmək üçün bizə müraciət edə bilərsiniz. Bu tipli panellərə 25 il müddətinə zamanət veririk. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün günəş panellərinin satışı və quraşdırılması haqqında qiymət baxımından ən son məlumatı almaq və suallarınızı ünvanlamaq üçün bizimlə əlaqə saxlayın: +994506789911
Helind MMC – Enerji Alternativiniz