LiFePO4 Akkumulyatorlar nədir?
LiFePO4 Akkumulyatorlar nədir?
Litium dəmir fosfat akkumulyatorları 1990-cı illərin sonunda ilk dəfə ortaya çıxıb və yeni texnologiya kimi o zamanlar prakitik, uyğun qiymətə olması uzun vaxt tələb edirdi. Litium dəmir fosfat birləşməsinin elektrik ötürücülüyünün artırılması üçün onlar əsasən karbon materialı ilə qablaşdırılır. Bu akkumulyatorlara qısa şəkildə LiFePO4 deyilir.
Kimyəvi Tərkibi Necədir və Hər Hansı Təhlükə Varmı?
LiFePO4 birləşməsi onu digər litium əsaslı akkumulyatorlardan daha güvənli hala gətirən kimyəvi tərkibdir. Kompyuterlərdə, uşaq oyuncaqlarında və karqo təyyarələrində öz-özünə yanan litium akkumulyatorlar haqqına bir çox xəbərlər eşitmiş ola bilərsiniz. Lakin heç bir səbəbdən sehirli bir şəkildə alovlanan hər hansı akkumulyator yoxdur. Bu hadisələr litium akkumulyatorların digər növlərində baş verirdi. Aşırı isinmə, qısa qapanma və ya həddindən artıq istilik istehsal edərək oksigeni sərbəst buraxan səbəblər istənilən növ akkumulyatorun yanmasına şərait yarada bilər.
Bu son dərəcə təhlükəli dövri proses olan termal sızma adlandırılır və başladığı zaman onu dayandırmaq çox çətin ola bilər.
Termal sızma LiFePO4 tipli akkumulyatorlarda demək olar ki, mümkün deyil. Çünki oksigen atomları elektronları çox güclü bir kovalent əlaqə ilə paylaşmaqdadır. Oksigen atomları arasındakı əlaqəni qırmaq nə qədər çətinləşirsə, kimyəvi birləşmələrin balanssız olması ehtimalı azalır.
LiFePO4 Akkumulyatorlar, Xüsusiyyətləri və Enerji Tutumu
LiFePO4 əldə etdiyiniz zaman ağırlığı baxımından çox yüngül görünə bilər. Ağır metal əsaslı məhsullardan 60% daha yüngüldür. Ağırlıq məsələsi kritik olduqda, ən düzgün seçim LiFePO4 akkumulyatorlarıdır.
Bir çox istifadəçilərin ən önəmli cəhət olaraq vurğuladığı nöqtə həmçinin bu akkumulyatorlarda enerji tutumudur. Enerji tutumu tam olaraq nə məna verir? Bir ədəd LiFePO4 akkumulyatoru, qurğuşun əsaslı bir akkumulyatordan 4 dəfə çox enerji istifadə edir. Dörd dəfə daha çox iddiası çəkisinin bir funksiyası olaraq enerjiyə əsaslanır. Ancaq akkumulyatorlar ümumilikdə amper saatdır, ağırlıq (çəki) deyildir. Yəni 10 amper saatlıq konvansional (ənənəvi) bir akkumulyator, eyni tutuma sahib olacaq və hardasa 10 amperlik bir LiFePO4 ilə eyni fiziki ölçülərdə görünəcək. Bu dəyişmir. Fərqli olan şey, LiFePO4 ondan daha yüngül olacaq və tam voltajda daha uzun bir müddətdə boşalacaq.
Akkumulyatorun Dolma və Boşalma Periodu Necədir?
Akkumulyator performansının və ekonomikliyinin böyük bir qismi istifadə ömürü və ya onun dəyişdirilməsi gərəkmədən öncə doldurulub neçə dəfə boşaldılacağıdır. Nikel metal hibrid və SLA akkumulyatorlar kimi daha köhnə texnologiyalar bir neçə yüz dövrə üçün yaxşıdır. LiFePO4 akkumulyatorları isə bu dövrə sayın aşacaq. Bu tipli akkumulyatorlar öz-özünə enerji itirməyə qarşı çox dözümlüdürlər. LiFePO4 akkumulyatorlarının öz-özünə boşalma faizi ayda 5%, ənənəvi akkumulyatorların isə gündə 1%-dir. Başqa bir sözlə 1 LiFePO4 akkumulyator ənənəvi akkumulyatorun sadəcə 30 gündə itirdiyi enerjini 6 ayda itirir.
Ekoloji Baxımdan LiFePO4 Akkumulyatorları
Bu akkumulyatorlar ağır metallar və ya toksik kimyəvi maddələr ehtiva etmir. Ümumi olaraq özündən əvvəlki akkumulyatorlardan daha təmiz məhsullardır
LiFePO4 Avantajları Nədir?
- Sabit boşalma voltajı var – sona qədər sabit çıxışı təmin edə bilir.
- Çox güvənli akkumulyator növüdür.
- Digərlər akkumulyatorlarla müqayisədə yanğın riski ən aza endirilib.
- Akkumulyator standartlarına görə təbiət dostudur.
- Yüksək enerji məhsuldarlığı var.
- Ənənəvi bir neçə yüz ətrafında dövrəsi olan akkumulyatorlarla müqayisədə minlərlə doldurma dövrəsi mövcuddur.
- Uzunömürlü olması ilə digərlərindən fərqlənir.
LiFePO4 akkumulyatorlarının bəzi dezavantajları da var. Bunlardan biri xüsusi doldurma cihazına ehtiyac duyulmasıdır. Digər məsələ isə bu akkumulyatorların digərlərinə nisbətən baha olmasıdır.
Hər akkumulyatorda olduğu kimi LiFePO4 növlərində də diqqət edilməsi gərəkən əsas məsələ təqdim olunan düzgün istifadə qaydalarına əməl etməkdir.
LiFePO4 Akkumulyator, Verilən Zəmanət və Akkumlyatorların Satış Mərkəzi
Helind MMC olaraq Azərbaycanda alternativ enerji sahəsində ən keyfiyyətli və sərfəli LiFePO4 Akkumulyatorların satışı və quraşdırılması ilə məşğul oluruq. Bu tipli akkumlyatorlara 10 il müddətinə zamanət veririk. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizlə əlaqə saxlayın: +994506789911
Helind MMC – Enerji Alternativiniz