Bifacial Günəş Paneli Nədir?

Bifacial Günəş Paneli Nədir?

Bifacial Günəş Paneli Nədir?

Bifacial Günəş Paneli Nədir?

İkitərəfli Bifacial Günəş Panelləri son illərin ən innovativ və möhtəşəm layihələrindən biridir. Belə ki, alternativ enerji sektorunda bir ilkə imza atmış bu tipli panellərin satışa çıxarılmasıyla günəşdən alınan enerji məhsuldarlığı dəfələrlə artmışdır. Onu bu qədər məhsuldar edən nüans isə bu tipli günəş panellərinin hər iki tərəfindən (arxa və ön) günəş şüalarının udulmasıdır.  Helind Enerji olaraq sizlərə təqdim etdiyimiz İkitərəfli Bifacial Günəş Panelləri öz keyfiyyət və enerji məhsuldarlığına görə satışda olan bir çox məhsullardan fərqlənir.

İkitərəfli Panellərinin Əsas Xüsusiyyətləri Nələrdir?

İkitərəfli günəş panelləri rənglərinə görə əsasən tünd göy və qara tonlarda olur. Bu tipli günəş panellərində yuxarıda qeyd edildiyi kimi ikitərəfli olduğu üçün yüksək enerji məhsuldarlığı mövcuddur.
İkitərəfli günəş paneli modelləri bir müddətdir satış bazarında olsa da, hələ də məşhurlaşa bilməyib. Ancaq bu növ panellər kölgəli yerlərdə, yaxud binalara inteqrasiya edilən panel növlərindən biri 
BIPV layihələri üçün çox uyğundur. Bundan əlavə həm şaquli, həm də üfüqi formada qoyulduqda yüksək məhsuldarlıqla işləyə bildikləri üçün magistrallarda, dəmir yollarında, balustradlarda və standart günəş panellərinin quraşdırılmasının çətin olacağı oxşar yerlərdə istifadə edilə bilər. İkitərəfli günəş panelləri şaquli olaraq və şərq-qərb istiqamətində yerləşdirildiyi zaman optimal bucaqla cənuba əyilmiş formada yerləşdirilmiş birtərəfli günəş paneli modellərinə çox yaxın səviyyədə enerji istehsal edə bilir. Bu özəlliyi dizayn və quraşdırılma mərhələlərində daha çox imkanlar yaradır ki, panellərin yerləşdirilməsi üçün lazım olan sahəni ən aza endirsin.

İkitərəfli Bifacial Günəş Panellərindən Maksimum Necə Faydalanmaq Olar?

Fərqli quraşdırılma formalarında ikitərəfli bifacial günəş panelləri bəzi avantajlar təmin etsə də, ən böyük enerji məhsuldarlığı yenə də təktərəfli panellər kimi onların da optimal bucaq altında cənuba baxacaq şəkildə yerləşdirilməsi nəticəsində ortaya çıxır. Bu modellər həm ön, həm də arxa tərəflərindən elektrik istehsal edə bildikləri üçün enerji məhsuldarlığı ön və arxa tərəfdən istehsal olunun enerjinin cəminə bərabərdir. Normal günəş panellərində maksimum enerji məhsuldarlığı üçün panellərə kölgə düşməsinin əngəllənməsi lazım olduğunu hər birimiz bilirik. İkitərəfli günəş paneli modelləri istifadə edildiyi zaman bunla bərabər panellərin altında nəyin olduğu da enerji performansına müəyyən təsirlərini göstərir.
Səthin əksetdirmə qabiliyyəti artdıqca panellərin enerji məhsuldarlığı da artır. İkitərəfli günəş panellərinin də iş səmərəliliyini artıran ən vacib faktorlardan biri panelin arxa tərəfinə düşəcək işığı artıran reflektorların (əksetdiricilərin) istifadə edilməsidir. Nümunə olaraq keçirilmiş testlərə görə boz betonun əks etdirmə qabiliyyəti 30% səviyyəsində ikən, ağ beton səthlər üçün bu əksetdirmə faizi 80-90% aralığındadır. Yəni ikitərəfli panellərdən istifadə edərkən panelin fonundakı materiala mütləq fikir vermək lazımdır.

İkitərəfli Panellərin Enerji Məhsuldarlığına Aid Bəzi Araşdırma Nümunələri

İkitərəfli bifacial günəş panellərinin məhsuldarlığı ilə bağlı indiyə kimi bir çox testlər keçirilib. Bunlardan biri də Yaponiyanın Hokkaido şəhərində keçirilən testdir. Hokkaido ölkənin şimalında yerləşən soyuq iqlimli bir şəhər olaraq tanınır. Bu bölgədə olduqca çox qar yağıntıları müşahidə edilir. Burada keçirilən testdə hər biri 3kW gücündə olan iki ədəd 35 dərəcə bucaq altında cənuba meyilli yerləşdirilmiş alternativ enerji sistemləri quraşdırılıb. Sistemin biri ot sahəsində, digəri isə yerdə parçalanmış balıqqulaqları olan ərazidə yerləşdirilib. Balıqqulaqları həmin ərazidə çox olduğu və daha ucuz başa gəldiyi üçün istifadə edilib. Qışda isə qar hər iki sistem üçün əksetdirici özəllik daşıyır. Qar mövsümündən yaya qədər toplanmış məlumatlara əsasən parçalanmış balıqqulaqlarının üzərində qurulan sistemin ortalama məhsuldarlığı (maksimum olaraq) ot sahəsində qurulanla müqayisədə 13.5%, təktərəfli panellərə görə isə 23.6% daha çox olmuşdur. Səthin qarla örtüldüyü Fevral və Mart aylarında isə ikitərəfli panellərin ortalama məhsuldarlığı standart panellərə görə 23.9% daha artıq olmuşdur. Yəni qış aylarında qar bu tip panellər üçün inanılmaz məhsuldarlıq rolunu oynaya bilər. Panellərin yerdən yüksəkliyi və onun bucağının arxa tərəfə düşən işığa təsiri baxımından ikitərəfli modellərin məhsuldarlığı dəyişkənlik göstərə bilər. Bu panelləri elə yerləşdirmək lazımdır ki, panellər onun fonundakı əksetdiricinin üzərinə öz kölgəsini maksimum az salsın və enerji məhsuldarlığı azalmasın.

İkitərəfli Bifacial Günəş Panelləri, Onlara Verilən Zəmanət və Panellərin Satış Mərkəzi

Helind Enerji - Azərbaycanda alternativ enerji sahəsində ən keyfiyyətli və sərfəli İkitərəfli Bifacial Günəş Panelləri məhsullarının satış mərkəzidir. Həmçinin şirkətimiz alternativ enerji sistemləri quraşdırılması ilə də məşğuldur. Panellərin bu növünə 30 il müddətinə zamanət verilir. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizlə əlaqə saxlayın: +994506789911

Helind Enerji – Enerji Alternativiniz

 

Paylaş