UPS Sistemi Nədir?
UPS (Uninterruptible Power Supply) – elektrik enerjisi kəsildikdə sizin cihazlarınızı və avadanlıqlarınızı qoruyan və eyni zamanda ehtiyat enerji ilə təmin edən akkumulyator əsaslı qurğudur.
Bu sistemlər şəbəkədən enerji yığaraq akkumulyatorlarda saxlayır və işıqlar sönən anda dərhal aktivləşir.
UPS Sistemlərinin Əsas Funksiyaları
-
Elektrik avadanlıqlarını qoruyur – qəfil gərginlik dəyişikliklərindən və enerji kəsilməsindən müdafiə edir.
-
Ehtiyat enerji təmin edir – şəbəkədən ayrıldıqda belə fasiləsiz enerji verir.
UPS Sistemlərinin Generatorlara Üstünlükləri
-
Yanacaq sərfiyyatı yoxdur – enerji şəbəkədən dolur.
-
Səssiz işləyir – ətrafdakılara mane olmur.
-
Uzunömürlüdür – servis və yağ dəyişim xərcləri tələb etmir.
-
Dərhal işə düşür – elektrik kəsilən anda aktiv olur (generatorlarda isə 10–15 saniyə gecikmə var).
-
Fasiləsiz enerji təmin edir – xüsusilə həssas avadanlıqlar üçün vacibdir.
Niyə UPS Sistemləri?
UPS sistemləri elektrik enerjisinə olan etibarınızı artırır, həmçinin:
-
Server otaqları
-
Ofis və müəssisələr
-
Sənaye avadanlıqları
-
Tibbi cihazlar
üçün ən etibarlı həll hesab olunur.
