Alternativ Enerji və ya Bərpaolunan Enerji Nədir?

Alternativ Enerji və ya Bərpaolunan Enerji Nədir?

Alternativ Enerji və ya Bərpaolunan Enerji Nədir?

Alternativ Enerji Nədir?

Ən sadə şəkildə ifadə etsək, alternativ enerji sonsuz təbii qaynaqlardan enerji əldə edə bilməkdir.
Bu qaynaqlar hər zaman mövcuddur və istehlak sürətindən daha sürətli şəkildə özlərini yeniləyə bilirlər. Alternativ enerji ənənəvi enerji qaynaqlarından elə bu səbəbdən fərqlənir. Çünki neft, qaz və sair kimi enerji qaynaqları tükənə biləndir və zamanla ciddi qiymət dəyişikliklərinə məruz qalır.

Alternativ Enerji Necə Əldə Olunur?

Yaşıl enerji, təmiz enerji, bərpaolunan enerji olaraq da ifadə edilən alternativ enerji qaynaqlarından əldə olunan enerjilər fosil yanacaqlarla müqayisədə daha sağlam seçimdir və ətraf mühit dostudur. Bu qaynaqlardan enerji almaq üçün bir sıra sistemlərdən, yəni külək turbinlərindən, günəş panellərindən istifadə olunur. 

Alternativ enerji qaynaqlarından elektrik istehsal edən sistemlərin zamanla inkişaf edən texonologiya ilə bərabər quraşdırılma və yenilənmə xərclərinin az olması səbəbindən istifadəsi sürətlə artıb. Günəş, külək, hidroelektrik, geotermal enerji istehsalı qaynaqları son dövrlərdə güvənlə dövlətlərin elektrik şəbəkələrinə inteqrasiya edilir. Alternativ enerji sistemləri 2017-ci ilin hesablamalarına görə dünyada elektrik enerjisinin 8%-ini təmin edib və indi Avropada toplam enerji istehsalının 3-də 1-ni, ABŞ, Çin, Hindistan və Yaponiya kimi ölkələrdə isə enerjinin 6-da 1-ni qarşılayır.

Alternativ enerji qaynaqlarından hazırda ən populyarı günəş və külək enerjisi olsa da, bu qaynaqlarla bərabər hidrolik, biokütlə, geotermal, dalğa və hidrogen enerjisi kimi qaynaqların da son vaxtlar istifadəsində artış nəzərə çarpır. 

Bərpaolunan Enerjinin Üstünlükləri Nədir?

- Elektrik xərclərinizə qənaətə imkan yaradır
- Daha az baxım tələb edir
- Təbiət dostudur
- Tükənməz bir qaynaqdır
- Güvənli enerji qaynağıdır
- Enerji qiymətlərinin azalmasında böyük rol oynayır
- Şəbəkəyə düşən yükü yüngülləşdirir

Alternativ Enerji Sistemlərini Necə Əldə Etmək Olar?

Helind Enerji olaraq  alternativ enerji məhsulları satışı və quraşdırılması ilə məşğuluq. Ehtiyacınız olan enerjini əldə etmək üçün sistemləri bizdən sifariş edə bilərsiniz. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizimlə əlaqə saxlayın: +994506789911

Helind Enerji – Enerji Alternativiniz

 

Paylaş