Halliburton Şirkəti üçün 200 kVt Günəş Enerjisi Sistemi

Halliburton Şirkəti üçün 200 kVt Günəş Enerjisi Sistemi
Helind Enerji, dünyanın aparıcı enerji şirkətlərindən biri olan Halliburton üçün 200 kVt gücündə on-grid günəş enerjisi sistemi quraşdırdı.

Halliburton Şirkəti üçün 200 kVt Günəş Enerjisi Sistemi

Halliburton Şirkəti üçün 200 kVt Günəş Enerjisi Sistemi

Helind Energy, dünyanın aparıcı enerji şirkətlərindən biri olan Halliburton üçün 200 kVt gücündə on-grid günəş enerjisi sistemi quraşdırdı. Layihə həm texniki effektivliyi, həm də beynəlxalq keyfiyyət standartlarını təmin edən dizayn prinsipləri ilə həyata keçirildi.

Layihənin əsas göstəriciləri:

  • Güc: 200 kVt

  • Panellər: 585V Longi Half-Cut R5-72HTH - 342 ədəd

  • İnverterlər: Solplanet — 2 ədəd 75 kVt

  • Sistem tipi: On-Grid

Bu sistemdə Aktiv İstehlakçı statusuna uyğun dizayn prinsipləri tətbiq edilib. 200 kVt ümumi gücə baxmayaraq, enerji istehsalı 2 ədəd 75 kVt Solplanet inverter vasitəsilə strateji şəkildə idarə olunur. Bu yanaşma, həm hüquqi uyğunluğu, həm də enerji balansında maksimum sabitliyi təmin edir.

Avadanlıq üstünlükləri:

  • Longi Half-Cut panellər — yüksək səmərəlilik, kölgə təsirinə qarşı davamlılıq və 30 il zəmanət

  • Solplanet inverterlər — yüksək çevrim səmərəliliyi, MPPT texnologiyası və uzaqdan monitorinq imkanı

Bu layihə Halliburton-a gündüz saatlarında enerji xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, karbon emissiyalarını da minimuma endirərək ESG hədəflərinə töhfə verir.

 

Helind Enerji olaraq, beynəlxalq markaların enerji transformasiyasında etibarlı texnoloji tərəfdaş kimi çıxış etməkdən qürur duyuruq.

Клиент: Halliburton
Место установки: Baku
Услуги: Günəş Panellərinin Quraşdırılması
Запросить цену
Мощность
200KWp
кВт
200
Годовое производство
320000KWh
Ежемесячно
27000KWp