Günəş Panelləri üçün Akkumulyator Lazımdırmı? Mifik Düşüncələrə Son
Günəş paneli dedikdə çoxlarının ağlına gələn ilk suallardan biri:
“Akkumulyator almaq məcburiyyətindəyəm?”
Əslində bu sualın cavabı düşündüyünüzdən daha sadədir. Çünki texniki olaraq bütün günəş paneli sistemləri akkumulyator tələb etmir. Bu yazı bu mifə son qoyacaq, on-grid və off-grid sistem fərqlərini açıq şəkildə izah edəcəyik.
On-Grid Sistemlər: Şəbəkəyə Birləşmiş və Akkumulyatorsuzdur
On-grid sistemlər, yəni dövlət elektrik şəbəkəsinə bağlı olan sistemlər, Azərbaycanda ən çox quraşdırılan və ən sərfəli günəş enerjisi sistemləridir.
Xüsusiyyətləri:
- Akkumulyator tələb etmir.
- Gün ərzində istehsal olunan enerji birbaşa obyektinizdə, evinizdə istifadə olunur.
- Artıq enerji dövlət şəbəkəsinə satılır (əgər siz aktiv istehlakçısınızsa).
- Gecə və ya buludlu havalarda isə yenidən şəbəkədən enerji alınır.
Deməli, akkumulyator olmadan da tam funksional, qənaətcil və təhlükəsiz bir sistem qura bilərsiniz.
Off-Grid Sistemlər: Şəbəkədən Tam Müstəqil Sistemlər
Off-grid sistemlər, elektrik şəbəkəsindən tamamilə müstəqil işləyir və bu səbəbdən mütləq şəkildə akkumulyatora ehtiyac var.
Xüsusiyyətləri:
- Çox vaxt ucqar bölgələrdə, şəbəkəyə qoşulma imkanı olmayan ərazilərdə istifadə olunur.
- Gündüz enerji istehsal olunur, artıq hissə akkumulyatora yığılır.
- Gecə və ya buludlu günlərdə enerji ehtiyacları yalnız akkumulyator vasitəsilə qarşılanır.
- Akkumulyatorların qiyməti və istismar müddəti bu sistemlərin maya dəyərini artırır.
Nəticə: Akkumulyator yalnız bu tip sistemlərdə labüddür.
Yanlış Düşüncə: "Günəş Paneli = Akkumulyator"
Bu anlayış texniki baxımdan tamamilə yanlışdır. Azərbaycandakı əksər evlər, biznes obyektləri və sənaye müəssisələri üçün on-grid sistem kifayət edir.
Bu mifin əsas səbəbi isə aşağıdakılardır:
- Köhnə sistemlərlə bağlı təcrübələr
- Off-grid sistemləri tanıdan videoların çoxluğu
- Akkumulyator satışı edən bəzi şirkətlərin manipulyativ yönləndirməsi
Akkumulyatorlu vs Akkumulyatorsuz Sistem: Maliyyə Fərqi
| Sistem Tipi | Akkumulyator Lazım? | Qiymət | Texniki Çətinlik | Tövsiyə Edilir? | 
| On-grid | YOX | 💰💰 | Sadə | ✔ Bəli | 
| Off-grid | BƏLİ | 💰💰💰 | Helind üçün sadədir | ❌ Yalnız zəruri hallarda | 
Əksəriyyət üçün Akkumulyator Tələb Olunmur
Əgər siz:
- Şəhərdə və ya kənddə yaşayırsınızsa,
- Dövlət şəbəkəsinə qoşulusunuzsa,
- Məqsədiniz sadəcə enerjiyə qənaət və əlavə gəlir əldə etməkdirsə,
O zaman akkumulyatora ehtiyac yoxdur. Helind Enerji olaraq on-grid sistemləri təklif edir və sərfiyyatınıza uyğun, optimallaşdırılmış layihələndirmə həyata keçiririk.
 
                             
                                 
                                

-min.png)