Günəş paneli dedikdə çoxlarının ağlına gələn ilk suallardan biri:
“Akkumulyator almaq məcburiyyətindəyəm?”

Əslində bu sualın cavabı düşündüyünüzdən daha sadədir. Çünki texniki olaraq bütün günəş paneli sistemləri akkumulyator tələb etmir. Bu yazı bu mifə son qoyacaq, on-grid və off-grid sistem fərqlərini açıq şəkildə izah edəcəyik.

On-Grid Sistemlər: Şəbəkəyə Birləşmiş və Akkumulyatorsuzdur

On-grid sistemlər, yəni dövlət elektrik şəbəkəsinə bağlı olan sistemlər, Azərbaycanda ən çox quraşdırılan və ən sərfəli günəş enerjisi sistemləridir.

Xüsusiyyətləri:

  • Akkumulyator tələb etmir.
  • Gün ərzində istehsal olunan enerji birbaşa obyektinizdə, evinizdə istifadə olunur.
  • Artıq enerji dövlət şəbəkəsinə satılır (əgər siz aktiv istehlakçısınızsa).
  • Gecə və ya buludlu havalarda isə yenidən şəbəkədən enerji alınır.

Deməli, akkumulyator olmadan da tam funksional, qənaətcil və təhlükəsiz bir sistem qura bilərsiniz.

Off-Grid Sistemlər: Şəbəkədən Tam Müstəqil Sistemlər

Off-grid sistemlər, elektrik şəbəkəsindən tamamilə müstəqil işləyir və bu səbəbdən mütləq şəkildə akkumulyatora ehtiyac var.

Xüsusiyyətləri:

  • Çox vaxt ucqar bölgələrdə, şəbəkəyə qoşulma imkanı olmayan ərazilərdə istifadə olunur.
  • Gündüz enerji istehsal olunur, artıq hissə akkumulyatora yığılır.
  • Gecə və ya buludlu günlərdə enerji ehtiyacları yalnız akkumulyator vasitəsilə qarşılanır.
  • Akkumulyatorların qiyməti və istismar müddəti bu sistemlərin maya dəyərini artırır.

Nəticə: Akkumulyator yalnız bu tip sistemlərdə labüddür.

Yanlış Düşüncə: "Günəş Paneli = Akkumulyator"

Bu anlayış texniki baxımdan tamamilə yanlışdır. Azərbaycandakı əksər evlər, biznes obyektləri və sənaye müəssisələri üçün on-grid sistem kifayət edir.

Bu mifin əsas səbəbi isə aşağıdakılardır:

  • Köhnə sistemlərlə bağlı təcrübələr
  • Off-grid sistemləri tanıdan videoların çoxluğu
  • Akkumulyator satışı edən bəzi şirkətlərin manipulyativ yönləndirməsi

Akkumulyatorlu vs Akkumulyatorsuz Sistem: Maliyyə Fərqi

Sistem Tipi

Akkumulyator Lazım?

Qiymət

Texniki Çətinlik

Tövsiyə Edilir?

On-grid

YOX

💰💰

Sadə

✔ Bəli

Off-grid

BƏLİ

💰💰💰

Helind üçün sadədir

❌ Yalnız zəruri hallarda

Əksəriyyət üçün Akkumulyator Tələb Olunmur

Əgər siz:

  • Şəhərdə və ya kənddə yaşayırsınızsa,
  • Dövlət şəbəkəsinə qoşulusunuzsa,
  • Məqsədiniz sadəcə enerjiyə qənaət və əlavə gəlir əldə etməkdirsə,

O zaman akkumulyatora ehtiyac yoxdur. Helind Enerji olaraq on-grid sistemləri təklif edir və sərfiyyatınıza uyğun, optimallaşdırılmış layihələndirmə həyata keçiririk.