Layihə Yeri: Bakı, Azərbaycan
Müştəri: Schlumberger
Güc:  0.12 MVt
Panellər: 210 ədəd Resun Solar RS8I-M HC (585W, half-cut texnologiyası)
İnverter: 1 ədəd Solis-100K-5G, 100 kW gücündə
Sistem tipi: On-grid, şəbəkəyə qoşulmuş

Layihə Haqqında

Helind Enerji tərəfindən Schlumberger-in Bakı ofisində həyata keçirilən bu layihə, iri korporativ obyektlər üçün günəş enerjisi həllərinin real nümunəsidir. Quraşdırılan  0.12 MVt gücündə sistem illik təxminən 140,932 kWh elektrik enerjisi istehsal edir.

Bu istehsal nəticəsində:

  • 65,924 kq CO₂ emissiyasının qarşısı alınır

  • Şirkət elektrik xərclərində ciddi qənaət əldə edir

  • Orta performans əmsalı (Performance Ratio) — 88.76% təşkil edir

Texniki Üstünlüklər

  • Resun Solar RS8I-M HC panellər: Half-cut texnologiyası, kölgə və istilik itkilərinə qarşı yüksək davamlılıq, uzunmüddətli zəmanət.

  • Solis 100K-5G inverter: Yüksək çevrim səmərəliliyi, çoxsaylı MPPT dizaynı, uzaqdan monitorinq imkanı.

  • İllik spesifik istehsal: 1,224.97 kWh/kWp

  • Kölgələnmədən itki: yalnız 3.7%

Bu layihə Schlumberger üçün təkcə enerji qənaəti deyil, həm də dayanıqlılıq strategiyasının bir hissəsidir. Helind Energy olaraq biz böyük korporasiyalara beynəlxalq standartlara uyğun, optimallaşdırılmış günəş enerjisi sistemləri təqdim etməklə Azərbaycanın bərpa olunan enerji potensialını reallığa çeviririk.