Gel Akkumulyator 12V 100A

Gel Akkumulyator 12V 100A

Gel Akkumulyator 12V 100A

350 AZN
Gel Akkumulyator
SKU: Gel Battery
Kateqoriyalar: Akkumulyatorlar
Taqlar: energy , heat , cooling
Gel akkumulyator hazırkı dövrdə enerji ehtiyacları səbəbindən ən çox müraciət edilən akkumulyator növüdür. Bu akkumulyatorlar elektrikin olmadığı yerlərdə belə işıqlandırmada, elektronika cihazlarında rahat istifadə edilə bilir. Qurğuşun asitli akkumlyator olaraq da tanınan bu növ akkumulyatorlar sərbəst şəkildə işləmək və ətraf mühit şərtlərinə dayanıqlı məhsullardandır. Xüsusi klapanları sayəsində elementləri kimyəvi enerjiyə çevirib akkumlyatordan çıxan qazları həmin an uzaqlaşdıra bilirlər. Suyu azaltmaq baxımından əlverişli olan gel akkumlyatorlar eyni zamanda təmiz su istifadəsinə də ehtiyac duymurlar. Qazlar isə sadəcə yüksək təyziq nəticəsində çıxa bilir. Bundan əlavə ən əsas nüans gel akkumlyatorların günəşdən əldə edilən enerjinin yığılıb saxlanılmasına, həmçinin günəş panellərindən alınan enerjinin emal edilməsinə yardımçı olmasıdır. Bununla əlaqədar olaraq lazım olan enerji məhsuldarlığı maksimum səviyyəyə qədər qalxa bilir. Helind şirkəti olaraq alternativ enerji sistemlərinin quraşdırılması zamanı müştərilərimizə təklif etdiyimiz məhsullar arasında gel akkumulyator əsas yer tutur. Akkumulyatorlar həmçinin təklif etdiyimiz UPS sistemlərində də quraşdırılır. Gel Akkumulyatorlarla sistem qiymətinin hesablanması və alternativ enerji barədə ətraflı məlumat üçün əlaqə saxlayın, yaxud WhatsApp-a yazın: +994 50 678 99 11