Inverter Nədir?

Inverter Nədir?

Inverter Nədir?

Inverter Nədir?

Inverter nədir sualına cavab versək, DC axımını (birbaşa cərəyanı) AC axımına (alternativ axıma) çevirən cihaza inverter deyilir. Ümumiyyətlə, akkumlyator və ya günəş panellərindən alınan DC cərəyanı inverterlər vasitəsi ilə istifadəyə uyğun şəkildə 220 volt təkfaza və ya 380 volt üçfaza alternativ axıma (AC) çevrilir. Bəzi ölkələrdə 110v AC istifadə edildiyindən bu inverter növləri də mövcuddur. Günəş enerji sisteminiz şəbəkəyə paralel ( on – grid ) və ya şəbəkədən ayrı ( off – grid ) də olsa, mütləq bir ədəd inverter istifadə etməyiniz lazımdır. İstisna olaraq, DC cərəyanı ilə işləyən soyuducular, televizorlar və müxtəlif məişət əşyaları bazarda mövcud olsa da, geniş yayılmamışdır.

Hansı Inverter Növləri Mövcuddur?

Inverter cihazları ümumi olaraq modifikasiya sinus inverter və tam sinus inverter olmaqla iki yerə ayrılır. Solar inverter ( günəş inverterləri ) də bu kateqoriyaların altında on-grid və off-grid inverter olacaq şəkildə növlərə bölünür. On grid sistemlərdə günəş panelində istehsal olunan DC cərəyanının 220V (və ya 380V) olaraq şəbəkəyə ötürülməsi lazımdır. On-grid inverterlər tam sinus cihazlardır. Off grid sistemlərdə də eyni şəkildə günəş panelində istehsal edilən DC axımının akkumlyatorlar ötürülməsilə bərabər, paneldən və akkumlyatorlardan gələn DC axımın inverter vasitəsi ilə 220V və ya 380V) AC axımına çevirilərək ev əşyalarımızda istifadə edilməyə uyğun vəziyyətə gətirilir.

On – Grid Inverterlər

On grid sistemlərdə günəş panelləri akkumlyatorlara ehtiyac duyulmadan birbaşa nizamlayıcı və inverterə qoşularaq DC axımı kimi istehsal edilən elektrik enerjisini AC axımına çevirir. İstehsal olunan enerji ikitərəfli sayğac ilə şəbəkəyə ötürülür.

Off – Grid Inverterlər

Off – grid sistem modelində tamamilə şəxsi istifadəyə, yəni istehsal olunan enerjinin hamısının istehsal olunduğu nöqtədə istifadəsi üçün istifadə olunan inverter növüdür. Günəş olmayan qapalı havalarda və gecələr akkumlyatorlara yığılan enerjidən istifadə edilir. Günəşin az-az çıxdığı qış aylarında elektrik kəsintisinin qarşısının alınması üçün şəbəkə dəstəkli ağıllı inverterlər də bazarda mövcuddur. Ancaq bu inverterlər on-grid inverterlərlə qarışdırılmamalıdır. Burada şəbəkəyə enerji satmaqdan söhbət gedə bilməz.

On grid Sistemlərdən Necə Pul Qazanmaq Olar?

Hazırda damüstü elektrik istehsalında yeniliklər edilməkdədir və ölkəmizdə alternativ enerji daha çox dəstək toplamaqdadır. Şəbəkəyə enerji satmaq üçün dövlətin gətirəcəyi qanunlar çərçivəsində quraşdırılmış sistemlərdən gəlir də götürməyin mümkün olacağı bir dövrə yaxınlaşırıq. Cüt tərəfli sayğac sayəsində aylıq dönəmlər şəklində istehsal olunan enerji miqdarından istifadə olunan enerji çıxılaraq şəbəkəyə verilən elektrik hesablanacaq və buradan istifadəçi gəlir əldə etməyə başlaycaq. On-grid inverterlər bu sistemə uyğun şəkildə istehsal edilmişdir. Məsələn, şəbəkədən enerji gəlmədiyi zaman şəbəkəyə enerji ötürməyi avtomatik şəkildə dayandıracaq. Bunun səbəbi elektrik kəsintiləri zamanı texniki heyətlərin xətlərə rahat şəkildə müdaxilə edə bilməsi üçündür.

Inverterlərin İstifadə Olunduğu Sahələr

Günəş enerjisi sistemlərində geniş şəkildə istifadə olunmaqla birlikdə hərəkət halında alternativ axımdan istifadə edə bilmək məqsədiylə xüsusilə karavanlarda, təknələrdə, nəqliyyat vasitələrində, UPS sistemləri adı verilən elektrik kəsintilərinə və voltaj dəyişikliyinə qarşı istifadə olunan cihazlarda, akkumlyator ilə elektrik saxlanılan və AC axımı ilə elektrik istifadə edilən bir çox sahədə yetərincə məşhurdur.

İnverter Növləri və Günəş Enerjisi Sistemlərində İnverter Seçimi

Günəş enerjisi sistemində ən uyğun inverter seçimi edilərkən ümumi sistemin dizaynı və anlıq olaraq istifadə ediləcək maksimum güc və peak power ( pik enerji ) dəyərləri diqqətə alınmalıdır. Bununla bərabər istifadə ediləcək cihazların özəlliklərinə görə modifikasiya sinius inverter və yaxud tam sinius inverter seçimi edilməlidir. Təbii ki, sistemin on-grid, yaxud off-grid olması da inverterlərinizi doğru seçmək üçün ciddi səbəblərdəndir.

İnverterin Enerji Cəmi və Anlıq Enerji Tutumu Seçimləri

İnverter seçimində anlıq enerji istifadəsinin miqdarı da eyni anda işləyəcək cihazların güc dəyərləri toplanaraq tapılır. Bu hesablandığı zaman elektrik motoru ehtiva edən cihazların ilk işləmə anında normal axım şiddətindən iki qat daha çox güc ehtiyacı yarandığının diqqətə alınması çox önəmlidir. Peak power vəziyyəti olaraq adlandırılan bu enerji gücünü qarşılaya bilmək üçün bazarda olan inverterlərin böyük əksəriyyəti nominal güc səviyyəsinin iki qatı qədər anlıq gücə dözüm göstərəcək şəkildə istehsal edilmişdir. Ancaq anlıq tomplam enerji ehtiyacı inverter tutumuna bərabər və ya çoxdursa bir müddət sonra cihazınız xarab ola bilər. Ehtiyac olunan gücün 20% çoxu qədər yer saxlamaq uzun ömürlü inverter istifadəsi üçün məntiqli seçimdir. Məsələn evinizdəki cihazların vatt dəyərlərinin tomplamını 800 vatt olaraq hesabladınız. Bunların içində peak power vəziyyəti yaradan cihazlar da ola bilər. Və pik səviyyələrdə axım ehtiyacınızı misal üçün 1100 vatt olaraq müəyyənləşdirək. Bu zaman 1000 vatt gücündə 2000 vatt peak power tutumu olan inverter sizin ehtiyaclarınızı tam qarşılaya bilər.

On – Grid, Off – Grid Inverterlər, Onlara Verilən Zəmanət və Inverterlərin Satış Mərkəzi

Helind MMC Azərbaycanda alternativ enerji məhsulları satışı və quraşdırılması ilə məşğuldur. Ehtiyacınız olan enerjini əldə etmək üçün On Grid, yaxud Off Grid inverterləri bizdən sifariş edə bilərsiniz.  Bu tipli cihazlara 6 aydan 10 il kimi zamanət veririk. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizlə əlaqə saxlayın: +994506789911

Helind MMC – Enerji Alternativiniz

 

Paylaş