Half Cut Günəş Panelləri Nədir?

Half Cut Günəş Panelləri Nədir?

Half Cut Günəş Panelləri Nədir?

Half Cut Günəş Panelləri Nədir?

Half Cut Günəş Panelləri də alternativ enerji məhsulları arasında yenlikçi və səmərəli panel növlərindəndir. Bu növ panellər görünüşünə görə digərlərindən fərqlənir. Şəkildən də göründüyü kimi onların ortasından keçən üfüqi xətt bu modellərin ikili, half cut, yarım hüceyrəli, yaxud kəsik hücrəli günəş paneli adlandırılmasının əsas səbəbidir. Helind MMC şirkətinin təqdim etdiyi Half Cut Günəş Panelləri yüksək enerji məhsuldarlığı ilə satışda olan bir çox bu tipli panellərdən fərqlənir.

Panellərin Əsas Xüsusiyyətləri Nələrdir?

Half Cut Günəş Panelləri rənginə görə tünd göy və qara tonlarda olur. Half Cut panellər enerji səmərəliliyini artırmaq üçün elmi-tədqiqat işləri nəticəsində yaranan yeni bir günəş panelidir. Half Cut Günəş Paneli, hətta pis hava şəraitində belə yüksək enerji məhsuldarlığı təmin edən günəş enerjisi texnologiyasıdır. Half Cut Panellər standart günəş panellərinin yarıdan kəsilməsi ilə əldə edilir. İki hücrəli modullarda günəş hücrələri yarıya qədər kəsilmişdir ki, bu da panelin fəaliyyətini və dayanıqlılığını artırır. Bu yolla standart 60 və 72 hücrəli panellərdə müvafiq olaraq 120 və 144 yarım kəsilmiş hücrələr olur. Günəş hücrələri yarıya endirildikdə axın da yarıya enir, buna görə də müqavimət itkiləri azalır və hücrələr daha çox enerji istehsal edə bilir. Daha kiçik hücrələr mexaniki gərilmələri azaldır və bu səbəbdən panelin çatlaması problemi də böyük miqdarda aradan qalxmış olur. Kəsik hücrəli günəş paneli standart panellərdən daha yüksək enerji məhsuldarlığına malikdir və daha güvənlidir.

Half Cut Günəş Panellərinin Də Digər Panellər Kimi Baxıma Ehtiyacı Var

Hər bir halda günəş panelləri istifadə edirsinizsə, bilin ki, onların daha yaxşı enerji istehsal etməyi həmçinin panellərə nə qədər yaxşı baxıldığından irəli gəlir. Kəsik hücrəli, yəni half cut günəş panelləri digər standart panellərlə müqayisədə az işıq şərtlərində belə daha yaxşı enerji istehsal edə bilsə də, ciddi kölgələnmə və üzərini örtə biləcək yad cisimlər bu panellərin də enerji məhsuldarlığını aşağı sala bilər. Bunun üçün də panellərinizi daim diqqətdə saxlamalı, onun üzərinin təmizliyinə fikir verməlisiniz.

Kəsik Hücrəli Günəş Panelləri Digər Standart Panellərdən Necə Fərqlənir?

Yuxarıda da qeyd edildiyi kimi hava şəraitinin yaxşı olmadığı, az işıqlı vaxtlarda bu panellərin daha yüksək performans göstərdiyi təsdiqlənib. Əlavə olaraq bu panellər digərlərinə nisbətən kölgələnmə problemlərindən daha az təsirlənir. half cut günəş panelləri həmçinin yüksək enerji çıxışı təmin edir. Bu növ panellərin iş prosesində istilik dəyəri yüksəkdir. Bu səbəbdən isti bölgələrdə yüksək enerji məhsuldarlığı ilə enerji istehsalı həyata keçirə bilir.

Half Cut Günəş Panellərinin Zəmanəti, Qiyməti və Panellərin Satış Mərkəzi

Helind MMC şirkəti Azərbaycanda alternativ enerji bazarında ən keyfiyyətli və yüksək məhsuldarlığa malik Half Cut Günəş Panellərinin satış mərkəzidir. Şirkət bu və digər alternativ enerji sistemləri quraşdırılması ilə də məşğuldur. Panellərin bu növünə 25 il müddətinə zamanət verilir. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün günəş panellərinin qiyməti, ümumiyyətlə sistem qiyməti baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizlə əlaqə saxlayın: +994506789911

Helind MMC – Enerji Alternativiniz

Paylaş