Monokristal Günəş Paneli Nədir?

Monokristal Günəş Paneli Nədir?

Monokristal Günəş Paneli Nədir?

 

Monokristal Günəş Paneli Nədir?

Monokristal Günəş Panelləri görünüşünə görə digər günəş paneli növlərindən asanlıqla ayırd edilə bilir. Və bir çox xüsusiyyətlərinə görə alternativ enerji məhsulları arasında fərqlənir. Adı onun tərkibindəki monokristal silikon maddəsinin istifadə olunması səbəbindən bu cürdür. Günəş panellərinin satışı və quraşdırılması ilə məşğul olan Helind MMC olaraq sizlərə Monokristal Günəş Panelləri-ni təqdim edirik.

Monokristal Günəş Panellərinin Əsas Xüsusiyyətləri Nələrdir?

Alternativ enerji məhsulları olan günəş panelləri rəng baxımından tünddür. Monokristal Günəş Panellərində öncə də qeyd etdiyimiz kimi yüksək dərəcəli silikon mövcuddur. Bu səbəbdən bu tipli günəş panelləri yüksək məhsuldarlığa sahibdir. Monokristal panel daha az yer tutub daha çox enerji istehsal edə bilir. Havanın günəşli olmayan vaxtlarında da yüksək enerji məhsuldarlığına malikdir və isti havalarda bundan daha çox enerji istehsal edəbilmə potensialı var.

Hansı Hallarda Monokristal Günəş Panelləri-nin Baxıma  Ehtiyacı Var?

Ümumiyyətlə günəş panellərindən istifadə edərkən, bunu bilməlisiniz ki, panellərin daha yaxşı enerji istehsal etməyi üçün zaman-zaman təmizliyə ehtiyacı olur. Monokristal panellər ciddi kölgələnmə yaşadığında, üzəri hər hansı bir yad cisim, yaxud qarla qapandıqda normal olaraq məhsuldarlığı azalır. Bunun üçün də onu kölgəlikdən qorumaq və üzərindəki yad cisimləri, soyuq havalarda qarı mütəmadi təmizləmək  lazımdır. Siz bununla onun daha yaxşı enerji istehsal etməyinə şərait yarada, məhsuldarlığını yüksək tuta bilərsiniz.

Monokristal Günəş Panellərinin Enerji Məhsuldarlığı Hansı Mənada Digər Panellərdən Çoxdur?

Bunu kiçik bir misalla izah edək. Məsələn, digər panel 1 kv metr yer tutur və burada 95 vatt enerji verirsə, monokristal panellər 1 kv metr yer tutub 100 vatt enerji istehsal edə bilər (rəqəmlər şərtidir). Yəni daha az yer tutaraq monokristal daha çox enerji verir. Amma bunu panellərin verdiyi enerji miqdarı ilə qarışdırmaq olmaz. Bu müqayisə monokristal panellərin sadəcə digərlərinə görə daha az yer tutması və tutduğu az yerdə belə panelin lazımi enerjini istehsal edə bilməsi ilə əlaqəlidir. Sadəcə hər hansı bir müştəriyə, hər hansı bir layihəyə çox sayda panel lazım olduğu halda yer baxımından digər tipli panellər çox yer tutmasın deyə monokristal panelə üstünlük verilməsi daha məqsədəuyğundur.

Monokristal Günəş Panellərinə Verilən Zəmanət və Panellərin Satış Mərkəzi

Helind MMC olaraq Azərbaycanda alternativ enerji sahəsində ən keyfiyyətli və sərfəliMonokristal Günəş Panellərinin satışı və quraşdırılması ilə məşğul oluruq.  Bu tipli panellərə 25 il müddətinə zamanət veririk. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizlə əlaqə saxlayın: +994506789911

Helind MMC – Enerji Alternativiniz

 

 

Paylaş