Günəş Panelləri Qış Aylarında Necə Performans Göstərir?

Günəş Panelləri Qış Aylarında Necə Performans Göstərir?

Günəş Panelləri Qış Aylarında Necə Performans Göstərir?

Qış aylarında günəş panellərinin işləmədiyini düşünürsünüzsə, sizi məmnuniyyətlə düzəldək: bu tamamilə yanlışdır.

Bəli, günlər daha qısa olur, hava buludlu ola bilər. Amma bu, günəş enerjisi sisteminin tamamilə dayanması demək deyil. Əslində bəzi hallarda günəş panelləri soyuq havada daha səmərəli işləyə bilər.

Bu yazıda, qışda günəş panellərinin performansı ilə bağlı bütün suallara cavab verəcəyik, həm texniki, həm də praktik tərəfləri ilə.

1. Günəş Panelləri Soyuq Havalarda Daha Səmərəli Ola bilərmi?

Bəli. Günəş panelləri istiliklə yox, işıqla işləyir.
Əksəriyyətin yanıldığı məqam budur: panelin daha çox enerji istehsal etməsi üçün istiyə ehtiyac yoxdur. Əksinə:

  • Yüksək temperatur panelin effektivliyini azaldır.

  • Soyuq hava isə elektron axını daha stabil saxlayır → daha yüksək çıxış gərginliyi.

Bu səbəbdən günəş enerjisi sistemləri bəzi hallarda sərin, lakin günəşli havalarda ən yüksək performansa çatır.

2. Qışda Günəş Panelinin Performansına Təsir edən Faktorlar

a) Günəşli Saatların Azalması

  • Qışda günəşin görünmə müddəti azalır → ümumi enerji istehsalı azalır.

  • Amma bu, sadəcə istehsalın müvəqqəti yavaşlamasıdır, sistem tam işləməyə davam edir.

b) Buludlu Hava

  • Yaxşı panel texnologiyaları (məs: monokristal half-cut) difuz işıqda da enerji hasil edə bilir.

  • Buludlu günlərdə belə, panellər 10–30% güclə işləməyə davam edir.

c) Qar Təmizliyi

  • Qar panelin üzərində yığılarsa, işığın daxil olmasına mane olur.

  • Ancaq:

    • Günəş panellərinin səthi şüşə və sürüşkən olduğu üçün qar tezliklə sürüşüb gedir.

    • Panellər adətən meyilli yerləşdirildiyi üçün qar uzun müddət qalmır.

    • Bundan əlavə, belə havalarda hər ehtimala qarşı panellərin təmizlənməsini də nəzərdən qaçırmamaq lazımdır.

Helind Enerji kimi şirkətlər sistem quraşdırmasında bu bucaqları xüsusi optimizasiya ilə seçir.

3. Enerji Təchizatında Dəyişikliklər: Qışa Xüsusi Hazırlıq Lazımdır?

Əgər siz on-grid günəş paneli sistemi qurmusunuzsa (yəni elektrik şəbəkəsi ilə paralel işləyən sistem), qışda heç bir xüsusi tədbirə ehtiyac yoxdur.

  • İstehsal azalsa belə, enerji şəbəkədən gəlir.

  • Yayda artıq istehsal olunan enerji ilə qış aylarındakı istehlak balanslaşdırıla bilər (Net-Metering sistemi varsa).

Off-grid sistemlərdə isə qışa əlavə akkumulyator ehtiyatı düşünülməlidir amma bu, Azərbaycanda çox az tətbiq olunur. Əsasən, elektrik xəttinin olmadığı bölgələrdə off-grid, yəni akkumulyatorları olan günəş enerjisi sistemlərinin quraşdırılması məsləhətdir.

4. Azərbaycanda Qışda Günəş İşığı Yetərlidirmi?

Əlbəttə! Azərbaycanın bir çox bölgəsi – xüsusilə Gəncə, Şəki, Mingəçevir, və Naxçıvan – ildə 2800+ saat günəş alır.

Qış aylarında belə:

  • Bakıda orta hesabla 3-4 saat/gün günəşli vaxt var.

  • Bu, günəş enerjisi sisteminin stabil işləməsi üçün yetərlidir.

5. Performansı Artırmaq Üçün Nə Etməli?

  • Panel bucağı qışa uyğun tənzimlənə bilər – bu, daha çox işıq almağa kömək edir.

  • Kirlənmə və qar təmizliyinə nəzarət edin – ildə 1-2 dəfə texniki baxış kifayətdir.

  • Keyfiyyətli inverter və izləmə sistemi istifadə edin – zəif işıqda belə optimizasiya təmin olunur.

Son Söz: Qış Enerji Öldürmür, Sadəcə Plan Tələb Edir

Qış ayları günəş panelləri üçün ölüm fəsli deyil. Sadəcə enerji istehsalında dəyişiklik olur və bu dəyişiklik planla qarşılanmalıdır. Çünki yay və qış aylarının ümumi enerji istehsalı, məhsuldarlığı illik nəzərə alınır və işıqpuluna real qənaət bu cür ortaya çıxır.
Əgər sistem düzgün layihələndirilibsə, qış ayları belə günəş enerjisinə keçidə əngəl deyil.

Helind Enerji olaraq:

  • Qış/yay balanslı sistem dizaynı

  • Panel bucaqlarının optimallaşdırılması

  • Əraziyə uyğun simulyasiya və enerji hesabatı
    təklif edirik.

İndi müraciət edin.

 

Поделиться