Polikristal Günəş Paneli

Polikristal Günəş Paneli

Polikristal Günəş Paneli

280 AZN
Polikristal Günəş Paneli
SKU: Polycrystalline Solar Panel 280W
Категории: Solar Modules
Теги: energy , heat , cooling
Polikristal günəş paneli ilə ehtiyacınız olan vaxtlarda günəşdən alacaq və alternativ enerji ilə istənilən regionda elektrik enerji əldə edəcəksiniz. Helind şirkəti olaraq alternativ enerji sistemlərinin quraşdırılması zamanı müştərilərimizə təklif etdiyimiz məhsullar arasında polikristal günəş panelləri də əsas yer tutur. Polikristal günəş batareyaları müxtəlif güclərdə ola bilir. Layihədən asılı olaraq şirkətimiz sistemləri ehtiyac duyulan günəş enerjisi panelləri ilə təmin edə bilər. Bu növ günəş panellərinin istehsal zamanı tərkibində istifadə edilən bir çox silikon kristalı səbəbindən dəyişkən rəng fərqliliklərinə sahibdir. Bu rəng tonu əsasən maviyə yaxın olur. Polikristal panellərə büdcə panelləri də deyirlər. Bunun əsas səbəbi polikristalların günəş paneli bazarında öz sərfəliliyi ilə seçilməsidir. Belə ki, dünya üzrə evlərdə quraşdırılan alternativ enerji sistemləri əsasən polikristal panellərlə yığılır. Bir şeyi də nəzərinizə çatdıraq ki, günəş enerjisi əldə etmək üçün polikristal panelləri ən çox yer baxımından hər hansı çətinlik yaşamayan müştərilər sifariş edirlər. Amma yer baxımından hər hansı çətinliyiniz varsa, bu zaman monokristal günəş panelləri sizin üçün ən doğru seçim ola bilər. Çünki polikristaldan fərqli olaraq monokristal panellər daha az yer tutur. Polikristal günəş paneli ilə sistem qiymətinin hesablanması və alternativ enerji barədə ətraflı məlumat üçün əlaqə saxlayın, yaxud WhatsApp-a yazın: +994 50 678 99 11