Külək Turbini Nədir?

Ümumi olaraq qeyd edək ki, Külək Turbini küləyin gücündəki kinetik enerjidən əvvəlcə mexaniki enerji sonra isə elektrik enerjisi yaradır. Külək turbini növləri bir-birindən çox fərqlənəcək şəkildə müxtəliflik göstərir. Ümumilikdə isə alternativ enerji məhsulları olan külək turbinləri iki yerə ayrılırlar.  horizontal külək turbinləri və vertikal külək turbinləri adlanır.
Külək turbinlərinin satışı və quraşdırılması ilə məşğul olan Helind MMC sizlərə Vertikal Külək Turbinləri-ni təqdim edir.

Vertikal Külək Turbinlərinin Əsas Xüsusiyyətləri Nələrdir?

Küləkdən enerji almaq üçün alternativ enerji sistemləri quraşdırılan zaman həmçinin vertikal külək turbinləri növlərindən istifadə edilir. Bu tipli külək turbinləri çox geniş yayılmasa da, məhsuldarlığı, görüntüsü və xüsusi avantajları baxımından özünəməxsusdur. Bu turbinlərin fırlanma bucağı külək yönündə dik dayanır. Vertikal külək turbinləri küləyi hər yöndən qəbul edə bilir və buna görə də fırlanma hərəkətiylə elektrik istehsal edir. Bu özəlliyi onu digər turbin sistemlərinə görə daha avantajlı göstərir. Vertikal turbinlərin horizontallardan bir üstünlüyü də həm qüllə üzərində həm də yer səviyyəsində qurula bilməsidir. Vertikal külək turbini ilə horizontal külək turbini arasındakı fərq vertikal turbinlərin daha az yer tutmasıdır. Bu tip külək turbinləri daha çox enerji istehsal etsin deyə bir-birlərinə mane olmayacaq şəkildə onların kütləvi şəkildə quraşdırılması məsləhət görülür. Həmçinin vertikal turbinlərin ayrı bir özəlliyi də onların horizontallara nəzərən daha səssiz çalışmasıdır.

Vertikal Külək Turbinləri Harada İstifadə Edilir və Hansı Növləri Var?

Vertikal Külək Turbini əsasən şəhərdaxili məkanlarda, küləyin tək istiqamətdə olmadığı, yəni küləyin istiqamətinin bir çox dəfə dəyişdiyi yerlərdə, burulğan küləklərin çoxluq təşkil etdiyi ərazilərdə istifadə edilir. Horizontal külək turbinlərindən fərqli olaraq vertikal turbinlərin həddindən artıq güclü küləyi olan ərazilərdə istifadə edilməsi məsləhət deyil. Vertikal külək turbinlərinin özlüyündə bir neçə növü də mövcuddur. Bunlardan darrieus və savonius adlı növlər daha populyardır.

vertikal kulek turbinleri, alternativ enerji, alternativ enerji mehsullari, alternativ enerji sistemləri, vertikal, külək enerjisi, küləkdən enerji almaq, külək turbinlərinin satışı, küləyin gücündən enerji almaq, kulek enerjisi sistemleri, ucuz kulek turbinleri, kulek enerjisi almaq ucun sistem, kulekden enerji almaq ucun cihaz, kulek enerjisi almaq ucun turbin, külək enerjisi almaq üçün sistem, külək enerjisi almaq üçün turbin, Savonius Külək Turbini, Darrieus Külək Turbini, Vertikal Külək Turbinləri, Külək Enerjisi
Savonius Külək Turbini, Darrieus Külək Turbini, Vertikal Külək Turbinləri, Külək Enerjisi
Vertikal Külək Turbinlərində Təhlükəsizlik və İdarə Sistemi

Turbinlərdə beyin funksiyası kimi fəaliyyət göstərən elektronik idarə sistemi turbinə aid bir çox məlumatı qeydə alaraq sistemə informasiya göndərir. Turbinlərin demək olar, çoxunda idarə sistemi və səmərəliliyin analizi üçün mikroprosessor mövcuddur.

Ümumilikdə aşağıdakı parametrlər izlənilir:
– Sistemə girişli çıxışlı külək sürətləri
– Generator çıxışının şəbəkəyə axını
– Külək yönünə görə gövdə hərəkəti
– Qanad bucaqlarının nizamlanması
– Turbinin kritik vaxtlarda dayandırılması

Qeydiyyata alınan parametrlər
– Küləyin sürəti
– Yön məlumatları
– Generator çıxışı
– Külək sürətinə nəzərən elektrik enerjisi istehsalının olub olmaması

Külək Turbinlərində Təhlükəsizlik

Həmçinin bu idarə sistemi bildirdiyimiz kimi turbinin kritik vaxtlarında, məsələn, generatorun həddindən çox isinməsi, şəbəkədən qopma, əlverişsiz hava şəraitlərində qırılmasının, xarab olmasının qarşısını almaq məqsədiylə əyləc funksiyasını da işə sala bilir.
Bildiyimiz kimi külək turbinləri yüksək məhsuldarlıqla enerji almaq üçün ən geniş yayılmış alternativ enerji məhsullarından biridir. Təbii ki, hər külək turbininin öz quruluşuna, formasına, funksiyalarına görə öz avantajları olur. Ümumilikdə külək turbinlərində həddindən artıq pis hava şəraiti üçün düşünülmüş bir çox qabaqlayıcı tədbirlər, funksiyalar da mövcuddur.

Vertikal Külək Turbinləri, Onlara Verilən Zəmanət və Turbinlərin Satış Mərkəzi

Helind MMC Azərbaycanda alternativ enerji məhsulları satışı və quraşdırılması ilə məşğuldur. Ehtiyacınız olan enerjini əldə etmək üçün Vertikal Külək Turbinlərini bizdən sifariş edə bilərsiniz.  Bu tipli turbinlərə 5 il müddətinə zamanət veririk. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizimlə əlaqə saxlayın: +994506789911

Helind MMC – Enerji Alternativiniz

Helind MMC şirkətinin əsas istiqaməti alternativ enerji sahəsidir. Azərbaycanda alternativ enerji çox baha olması bizi bu sektorda qiyməti minimallaşdırmağı düşünməyə sövq edir. Bunun üçün bəzi avadanlıqların yerli istehsalına başlamışıq. Yaxın gələcəkdə sistemlərimizdə istifadə olunan avadanlıqların tamamilə yerli istehsal olması istiqamətində mühüm işlər görülür.

Bizi izləyin