Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-content/plugins/sitepress-multilingual-cms/classes/query-filtering/class-wpml-archives-query.php on line 1

Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-content/plugins/contact-form-7/includes/contact-form-template.php on line 1

Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-content/plugins/woocommerce/includes/class-wc-background-emailer.php on line 1

Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-includes/pluggable.php on line 1

Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-content/plugins/sitepress-multilingual-cms/classes/options/class-wpml-multilingual-options.php on line 1

Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-content/plugins/contact-form-7/modules/akismet.php on line 1

Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-content/plugins/sitepress-multilingual-cms/classes/requirements/class-wpml-integrations-requirements.php on line 1

Warning: session_start(): Cannot start session when headers already sent in /home/helind/public_html/wp-content/plugins/booked/booked.php on line 363

Deprecated: Function create_function() is deprecated in /home/helind/public_html/wp-content/plugins/unyson/framework/extensions/builder/includes/option-types/builder/includes/templates/class-fw-ext-builder-templates.php on line 1

Warning: session_start(): Cannot start session when headers already sent in /home/helind/public_html/wp-content/plugins/unyson/framework/includes/hooks.php on line 259
Enerji Kontroller Cihazı - Helind - Enerji Alternativiniz
kontroller, kontrollerlər, kontrollerler, kontroller quraşdırılması, kontroller qurasdirilmasi, kontroller satilir, kontroller satisi, kontroller satılır, kontroller satışı, kontrollerlərin quraşdırılması, kontrollerlerin qurasdirilmasi, pwm kontroller satisi, pwm controller satışı, pwm kontroller qiyməti, pwm kontroller qiymətləri, pwm kontrollerlerin qiymeti, pwm qiymetleri, akkumulyator dolduran, mppt kontroller nədir, mppt nedir, mppt kontroller nedir, mppt controller cihazı qiymətləri, kontroller alisi, kontroller təmiri, kontroller aliram, kontroller tap.az, alternativ enerji kontrolleri, alternativ enerji mppt controller, kontroller baki, mppt kontroller baku, mppt satışı bakıda, azərbaycanda mppt Kontroller satışı, pwm kontroller qiymətləri bakıda, mppt kontrolleri satishi, mppt kontroller haqqinda melumat, pwm kontroller haqqında məlumat, kontroller istehsalı, islenmis kontroller qiymeti, islenmis kontroller satisikontroller, kontrollerlər, kontrollerler, kontroller quraşdırılması, kontroller qurasdirilmasi, kontroller satilir, kontroller satisi, kontroller satılır, kontroller satışı, kontrollerlərin quraşdırılması, kontrollerlerin qurasdirilmasi, pwm kontroller satisi, pwm controller satışı, pwm kontroller qiyməti, pwm kontroller qiymətləri, pwm kontrollerlerin qiymeti, pwm qiymetleri, akkumulyator dolduran, pwm kontroller nədir, pwm nedir, pwm kontroller nedir, pwm controller cihazı qiymətləri, kontroller alisi, kontroller təmiri, kontroller aliram, kontroller tap.az, alternativ enerji kontrolleri, alternativ enerji pwm controller, kontroller baki, pwm kontroller baku, pwm satışı bakıda, azərbaycanda pwm Kontroller satışı, pwm kontroller qiymətləri bakıda, pwm kontrolleri satishi, pwm kontroller haqqinda melumat, pwm kontroller haqqında məlumat, kontroller istehsalı, islenmis kontroller qiymeti, islenmis kontroller satisi

Kontroller Nədir?

Günəş panelləri günəş enerjisi ilə elektrik enerjisi istehsal etmək üçün ən geniş yayılmış sistemlərdəndir. Fotovoltaik sistemlər də şəbəkədən ayrı və şəbəkəyə paralel olmaqla iki yerə ayrılır. Şəbəkəyə paralel, yəni şəbəkəyə bağlı sistemlər on-grid, şəbəkədən ayrı sistemlər isə off-grid adlanır. Şəbəkəyə bağlı olmayan off grid günəş enerjisi sistemlərində istifadə edilən enerji doldurma cihazı sistemin məhsuldarlığı baxımından olduqca önəmli faktordur. Bu yazıda günəş panelləri üçün enerji doldurma cihazı, yaxud digər adıyla enerji kontrolleri haqqında məlumatlar verəcəyik.

Enerji Kontrolleri (Enerji Doldurma Kontrolleri, Şarj Kontrol Cihazı) Nədir?

Enerji kontrolleri (enerji doldurma cihazı, şarj kontrol cihazı) akkumulyator və panel arasında olan, akkumulyatorların məhsuldar olaraq doldurulmasını təmin edən və akkumulyatorlardan panellərə gedə biləcək tərs enerji axınlarının qarşısını alan off-grid sistemlər üçün olduqca önəmli bir cihazdır. Dövrədə olan transistorlar bloklama funksiyasını yerinə yetirərək panellərin gərginliyini akkumulyator gərginliyindən yüksək olmadıqca hər hansı bir axın, enerji transferinə icazə vermir.

Enerji Doldurma Kontrolleri Necə İşləyir?

Enerji kontrolleri günəş panelləri ilə akkumulyatorlar arasında olduğundan əsas funksiyası bu iki sistemin bir-birinə zərər vermədən işləməsinə kömək etməkdir. Yəni bu cihaz içərisindəki dövrə ilə günəş panellərinin ümumi çıxış gərginliyinin ümumi akkumulyator gərginliyindən çox olduğu anda sistemi doldurma funksiyasını aktivləşdirərək panellərdən akkumulyatorlara enerji axmasına icazə verir. Ancaq günəş panellərinin çıxış gərinliyi akkumulyator gərginliyindən aşağı olduğu an akkumulyatorlardan panellərə doğru ola biləcək enerji axışının qarşısını alır.

Enerji kontrollerləri (şarj kontrol cihazları) bir növ DC-DC nizamlayıcısıdır. Yəni günəş panellərində sabit olaraq istehsal edilməyən enerjini və axını sabitləyərək akkumulyatorların daha məhsuldar və keyfiyyətli doldurulmasını təmin edir. Ümumilikdə 12V gərginlikdə olan akkumulyatorların tam şəkildə doldurulması üçün 14-14.5 V aralıığında gərginliyə ehtiyacı var. Günəş panelindən gələn 18-20V səviyyələrindəki gərginlik nizamlanmasa, akkumulyator həddindən artıq doldurulmadan zərər görə bilər. Kontroller də bu yüksək voltajı akkumulyator doldurma səviyyəsinə salaraq nizamlayır.

Enerji Kontrol Cihazı Ümumilikdə Nə İş Görür?
  • Akkumulyatorlardan panellərə tərs enerji transferinin qarşısını alaraq günəş panellərini qoruyur
  • Akkumulyator panellər tərəfindən tam olaraq doldurulduğu zaman panellərdən gələn enerjini kəsərək akkumulyatorların həddindən artıq doldurulmasının qarşısını alır.
  • Günəş panellərində istehsal edilən və dəyişkən olan voltajı və axımı sabit hala salaraq akkumulyatorları doldurur. Bu da akkumulyatorların məhsuldarlığını artırır.
  • Akkumulyatorların həddindən artıq boşalmasının da qarşısını alır.
Enerji Kontrollerlərin Hansı Növləri Var?

Enerji kontroller cihazları PWM kontroller və MPPT kontroller cihazı olaraq iki növdə mövcuddur.

PWM Kontroller Nədir?

PWM (Pulse Width Modulation) “zərbə genişliyi modulasiyası” sözlərinin qısaltmasıdır. PWM kontrollerlər sabit bir çıxış yerinə doldurulan akkumulyatora qısa doldurma siqnalları göndərir. Kontroller cihazı siqnalların uzunluğunu və göndərilmə aralığını akkumulyatorda olan enerjiyə görə müəyyənləşdirir. Əgər akkumulyator boşaldılıbsa, cihazın akkumulyatora göndərdiyi axım siqnalları uzun və davamlı olur. Ancaq akkumulyator dolu olduğu zaman bu siqnallar qısa və bir neçə saniyə aralıqlarında göndərilir.

Alternativ enerji sektorunda ucuz olmsı baxımından ən çox istifadə edilən kontroller cihazı PWM-dir. Kiçik off grid sistemlər üçün çox ideal bir cihaz olmasıyla bərabər böyük sistemlər üçün əsasən MPPT tipli kontrollerlərə üstünlük verilir.

MPPT Kontroller Nədir?

MPPT (Maximum Power Point Tracking) “Maksimum Güc Nöqtəsi İzləyicisi” kimi tərcümə olunur. Günəş panelləri tərəfindən istehsal edilən elektriki sistemin işləyişinə ən uyğun gərginlik və axım səviyyəsinə çevirərək akkumulyatorları doldurur. Bu cihaz gərginlik dəyəri müəyyən bir səviyyəyə gəldiyi zaman akkumulyatorların gərginliklərini izləyir və buna uyğun olaraq panellərdən akkumulyatorlara enerji axışına icazə verir, yaxud əngəlləyir.

MPPT kontroller həddindən artıq gərginliyi axıma çevirə bilir. Bu xüsusiyyəti ilə akkumulyatorları doldurmaq üçün lazım olan müddət azalır. Bu da sistemin həmişə aktiv olaraq işləməsini təmin edərək onun məhsuldarlığını artırır.

MPPT kontrollerlərin PWM kontrollerlərlə müqayisədə daha bahalı olmasına baxmayaraq MPPT-nin sistemə verdiyi faydalar aradakı qiymət fərqini tamamilə görməzdən gəlməyə imkan yaradır.

Sistemlər Üçün Kontroller Necə Təyin Olunur?

Müştərilərimiz üçün evdəki, obyektdəki və sair yerlərdəki enerji ehtiyacını qarşılamaq üçün müxtəlif cür sistemlər quraşdırmalı oluruq. Bu sistemlərdə ən önəmli faktor evdəki ehtiyacların düzgün şəkildə hesablanmasıdır. Bu hesablama mühəndislər tərəfindən dəqiqliklə aparıldıqdan sonra quraşdırılan sistemdə hansı növ enerji kontrollerinin işlədiləcəyinə qərar verilir.

MPPT, PWM Kontrollerlər, Kontrollerə Verilən Zəmanət və Kontroller Satışı Mərkəzi

Helind MMC olaraq Azərbaycanda alternativ enerji sahəsində ən keyfiyyətli və sərfəli MPPT, həmçinin PWM Enerji Kontrollerlərinin (şarj kontrol cihazı, enerji doldurma cihazı) satışı və quraşdırılması ilə məşğul oluruq. Kontrollerlərə 1 il müddətinə zamanət veririk. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizlə əlaqə saxlayın: +994506789911

Helind MMC – Enerji Alternativiniz

Helind MMC şirkətinin əsas istiqaməti alternativ enerji sahəsidir. Azərbaycanda alternativ enerji çox baha olması bizi bu sektorda qiyməti minimallaşdırmağı düşünməyə sövq edir. Bunun üçün bəzi avadanlıqların yerli istehsalına başlamışıq. Yaxın gələcəkdə sistemlərimizdə istifadə olunan avadanlıqların tamamilə yerli istehsal olması istiqamətində mühüm işlər görülür.

Bizi izləyin