horizontal kulek turbini, horizontal külək turbini, horizontal turbin, horizontal külək turbinləri, horizontal turbinlerin qiymeti, horizontal turbinlərin qiyməti, külək turbinlərinin bakıda qiyməti, horizontal külək turbinlərinin azərbaycanda qiyməti, horizontal külək turbinlərinin azərbaycanda satışı, kulek enerjisi, külək enerjisi, külək enerjisindən istifadə, kulek enerjisinden istifade, kulek enerjisi haqqinda, külək enerjisi haqqında, külək enerjisinin alınması, kulek enerjisinin alinmasi, azerbaycanda kulek enerjisi, azərbaycanda külək enerjisi, günəş və külək enerjisi, gunes ve kulek enerjisi, külək enerjisindən istifadə haqqında, gunes enerjisinden istifade haqqinda, kulek energisi, külək energisi, azərbaycanda külək enerjisindən istifadə, azerbaycanda kulek enerjisinden istifade, kulek ve su enerjisi, külək və su enerjisi, külək enerjisi qiyməti, kulek enerjisi qiymeti, kulek enerjisi haqqinda melumat, külək enerjisi haqqında məlumat, külək turbini, kulek turbini, külək turbinləri qiyməti, kulek turbinleri qiymeti, külək turbini satışı, kulek turbinleri satisi, kulek turbini satilir, külək turbinləri satışı, külək turbini satılır, kulek turbini satisi, bakıda külək enerjisi, bakida kulek enerjisi

Külək Turbinlərini Nə Üçün Qara Rəngə Boyamaq Lazımdır?

Külək Turbinlərini Nə Üçün Qara Rəngə Boyama Ehtiyacı Yaranıb?

Alternativ enerji mənbələri planetimizin sağlamlığını qorumağın vacib yollarından biridir, lakin alternativ enerji mənbələri bir çox insanın gözündə tamamilə günahsız sayılmır. Məsələn, külək enerjisi istehsalında istifadə olunan külək turbinləri quşlara və yarasalara bəzi hallarda mənfi təsir göstərir. Amma tədqiqatçılar külək enerjisindən təbiətə zərər vermədən istifadə etmək üçün sadə bir həll yolu tapdılar – külək turbini qanadlarından birini qara rəngə boyamaq.

Bu Üsul Nə Üçün Əlverişlidir?

Təəssüf ki, quşlar bəzən külək təsərrüfatlarında külək turbinlərinin qanadları ilə toqquşaraq tələf olurlar. Amma turbin qanadlarından yalnız birinin qara rəngə boyanması kimi sadə bir həll yolu ilə bu problemi əngəlləmək mümkündür. Norveç Təbiət Araşdırmaları İnstitutunun alimləri, turbin qanadlarından birinin qara rəngə boyanması ilə quşların ölüm sayının təxminən 70-72% azaldığını kəşf etdilər.

İnanılmaz görmə qabiliyyətlərinə baxmayaraq quşlar yaxınlıqdakı böyük cisimləri görməkdə çox da yaxşı deyillər. Bu o deməkdir ki, quşlar turbinlərə yaxınlaşdıqca turbinlərin ağ qanadları və dirəkləri bulanıqlaşır, praktik olaraq görünmür. Araşdırmaya qatılan elm adamları turbin qanadlarından yalnız birinin qara rəngə boyanması ilə bu “bulanıqlığın (hərəkət bulanıqlığı)” azaldığının və quşlara potensial bir toqquşmanın qarşısını almaq üçün vaxt verdiyinin şahidi oldular.

Külək Turbinləri və Quş Ölümləri İlə Bağlı Fikirlər, Araşdırmalar

Quş ölümləri külək elektrik stansiyalarının əsas mənfi cəhətlərindən biri kimi görünsə də və ABŞ eks-prezidenti Donald Tramp kimi bəzi siyasətçilər külək turbinləri və bərpa olunan enerjinin istifadəsinə qarşı bir arqument kimi “Quş qəbiristanlığı” olduğunu iddia etsələr də, külək turbinləri ilə bağlı deyilən ölümlər çox vaxt şişirdilir. Külək turbinlərinin quşları öldürmə ehtimalı avtomobillər və ev pişikləri kimi digər təhdidlərdən daha azdır. Lakin bu külək turbinlərinin quşlara mənfi təsirini azaltmaq üçün tədqiqatların aparılmasına ehtiyac olmadığı anlamına gəlmir.

Aparılan bir çox araşdırmalara göstərir ki, külək turbinlərinin daha geniş yayılması ilə dünya miqyasında quş ölümlərinin artması gözləniləndir. Bu səbəbdən quraşdırılacaq turbinlərdə mütləq qanadlardan birinin qara rəngə boyanması vacib hala gəlməlidir.

Bu Üsulun Tətbiqinə Nə Vaxtdan Başlanılıb?

Norveçdəki Smøla Külək Ferması, 68 turbini ilə ölkənin ən böyük quru külək stansiyalarından biridir. Lakin külək stansiyasında ölən bir neçə qartal xəbərindən sonra yaranmış müxalif qrupların müqaviməti nəticəsində bu fermada 2013-cü ildən bəri külək turbini qanadlarından birini qara rəngə boyayaraq quş ölümlərini azaltmaq yönündə işlər aparılır.

Bu həll yolunu tətbiq etmə xərcləri xüsusilə külək turbinləri qurulmadan öncə edildiyində nisbətən kiçik olduğu üçün ümidverici bir ideyadır. Əlbəttə, araşdırmaçılar əldə etdikləri məlumatları daha da dərinləşdirmək üçün daha çox işləməyə ehtiyac olduğu barəsində xəbərdarlıqlar edirlər. Quş ölümləri statistikasında ildən ilə dəyişikliklər olduğu üçün daha uzun və daha çox turbinin izləndiyi bir layihə hazırlanmasının vacibliyini vurğulayırlar. Ancaq yenə də tapılan həll yolları tamamilə pozitiv yöndədir.

Bu Məsələdə Helind Şirkətinin Mövqeyi Necədir?

Biz külək enerjisinin həm insanlar həm də heyvanlar üçün daha güvənli və daha effektiv bir şeyə çevrilməsi yönündə araşdırmaçıların verdiyi təlimatlara uyğun şəkldə quraşdırdığımız bütün külək turbinlərində bunu tətbiq edirik. Image

Helind şirkəti olaraq Azərbaycanda təbiətə zərər vermədən alternativ enerjinin istənilən növünün insanlar üçün əlçatan olması və təhlükəsizliyinin təmin olunması yönündə araşdırmalar aparır və böyük işlər görməyə çalışırıq.

Alternativ enerji dünyanın gələcəyidir!

Şərh yaz:

Helind MMC şirkətinin əsas istiqaməti alternativ enerji sahəsidir. Azərbaycanda alternativ enerji çox baha olması bizi bu sektorda qiyməti minimallaşdırmağı düşünməyə sövq edir. Bunun üçün bəzi avadanlıqların yerli istehsalına başlamışıq. Yaxın gələcəkdə sistemlərimizdə istifadə olunan avadanlıqların tamamilə yerli istehsal olması istiqamətində mühüm işlər görülür.

Bizi izləyin