Günəş Panelləri Haqqında Səhv Bilinən 10 Məqam

Təmiz enerji investisiyalarının sürətlə yüksəliş göstərdiyi zamanda günəş enerjisi sektorunda insanlar arasında bir çox suallar da yaranır. Əksər insanların doğru bildiyi yanlışların nədən ibarət olduğunu sizlərlə bölüşəcəyik.

1: YANLIŞ: Monokristal panel almaq polikristal panel almaqdan daha doğru seçimdir.

DOĞRU: Panel alarkən istifadə yerlərinə və xüsusiyyətlərinə görə araşdıraraq seçim etmək lazımdır. Hər hansı bir parametrə baxaraq qərar vermək düzgün deyil.

2. YANLIŞ: Günəş panelləri soyuq iqlimlərdə yaxşı işləmir.

DOĞRU: Panellərin texniki göstəricilərində istifadə edilə biləcəkləri işləmə zamanları var. Bununla bağlı olaraq günəş panelləri soyuq iqlimlərdə daha yüksək məhsuldarlıqla işləməkdədir. Bunun səbəbi ötürücülüyün soyuq havalarda daha da artmasıdır. Əlavə olaraq elektrik istehsalı zamanı səthində meydana gələn günəş panellərinin istilik artımı daha az olur.

3. YANLIŞ: Buludlu / Yağışlı havalarda panellər enerji istehsal edə bilməz.

DOĞRU: Günəş panellərinin elektrik istehsalını təmin edən şüalar UB (ultra-bənövşəyi) şüalardır. Bu şüalar gözlə görünmür. UB şüalar buludlu havalarda da yer səthinə çata bilir. Bu sadəcə günəşli havalarda soyuq havalardan fərqli olaraq daha çox elektrik istehsalına imkan verir.

4. YANLIŞ: Polikristal günəş panelləri monokristal panelə görə daha zəif olduğu üçün daha az enerji istehsal edir.

DOĞRU: Burada məna qarışıqlığı var. Sözügedən məhsuldarlıq panelin toplam gücünə təsir göstərmir. Bu hücrələrin tək başına məhsuldarlıq müqayisəsidir, yəni eyni ölçüdə olan monokristal və polikristal hücrələr arasında müqayisə aparsaq, monokristal hücrələr daha çox enerji verir. Ancaq bu hücrələr bir araya gətirilərək panel düzəldildiyində isə aldığınız gücdə hər hansı bir dəyişiklik olmur. Yəni aldığınız 60 hücrəli 270W bir günəş paneli 1000 W/m2 enerjini monokristal yaxud polikristal olsa belə, eyni cür verə bilər. Burada sadə bir fərq odur ki, monokristal panellər 100 m2-də polikristaldan daha çox enerji verir. Lakin siz 270W-lıq, yaxud daha böyük monokristal və polikristal panel seçimi arasında qalmısınızsa, bu zaman onların faydalılığında heç bir fərq yoxdur. Yəni eyni cür enerji verirlər.

5. YANLIŞ: Günəş enerjisi sistemini quraşdırmaq bahalıdır.

DOĞRU: Əvvəlki illərdə yüksək qiymətlər olmasına baxmayaraq sürətli inkişaf edən texnologiya qarşısında təmiz enerji sektorunda qiymət günbəgün düşməkdədir.

6. YANLIŞ: Günəş panelləri davamlı olaraq çoxlu xərc tələb edir.

DOĞRU: Günəş panelləri yaxşı bir yanaşma və mühəndislik bacarıqları ilə düzəldilərək quraşdırılarsa, istifadəsində hər hansı bir problem çıxmır. Üzərində meydana gələcək kir, toz və başqa şeylər üçün davamlı aralıqlarla təmizlik edilməsi mütləqdir.

7. YANLIŞ: Günəş panellərinin istifadəsi ətrafa zərər verir və tarlaları yox edir.

DOĞRU: Günəş enerjisi təbiət dostudur və hər hansı bir ziyanı yoxdur. Hətta bir çox ölkələrdə tarlaların, əkinlərin suvarılmasında günəş enerjisindən istifadə edilir.

8. YANLIŞ: Panellər 25 illik istifadədən sonra zibilliyə atılır.

DOĞRU: Bir çox insana günəş panellərinin ömürü maraqlıdır. Panellər diqqətli istifadə edildiyində və üzərinin təmizliyinə fikir verildiyində ilk 10 ildə 90% məhsuldarlıqla, 25-28 il içində 80% məhsuldarlıqla işləməyinə zəmanət verilir. Yəni 25 il sonra da panellərdən istifadə edə bilərsiniz, amma məhsuldarlıq baxımından enerji istehsalında müəyyən düşüşlər ola bilər.

9. YANLIŞ: Günəş paneli sistemləri qurulan evlərin damlarının ömürü qısalır.

DOĞRU: Günəş enerjisi sistemləri quraşdırılmış damlarda düzgün mühəndislik işləri aparıldığı zaman əksinə, damın ömrünü daha da artırır. Çünki günəş panelləri çatlar, sızıntı kimi dama zərər verəcək neqativ hallardan bir növ müdafiə funksiyası da daşıya bilər. Damın örtülməsi birbaşa olaraq onun UB şüalara məruz qalmasının da qarşısını alır.

10. YANLIŞ: Şəbəkəyə paralel olmayan sistemlərdə daha az enerji istehsal etməkdənsə (məsələn 500W almaq üçün 2 ədəd 270W paneldən istifadə etmək), bir neçə böyük gücə sahib panellə daha məhsuldar olmaq olar.

DOĞRU: Şəbəkədən kənar sistemlərdə panel voltajına görə akkumlyatorinverter seçimi edilir. Bu səbəbdən bu cür seçimlərdə volt dəyərinə baxaraq qərar versək, istədiyimiz gücü əldə etməyə bilərik. Yəni, əgər daha böyük gücdə olan panellərdən istifadə olunacaqsa, buna uyğun akkumlyator və inverter hesablamaları aparılmalıdır. Bunun üçün də sistem quraşdırarkən mütləq mühəndis hesablamaları mütləqdir.

Şərh yaz:

Helind MMC şirkətinin əsas istiqaməti alternativ enerji sahəsidir. Azərbaycanda alternativ enerji çox baha olması bizi bu sektorda qiyməti minimallaşdırmağı düşünməyə sövq edir. Bunun üçün bəzi avadanlıqların yerli istehsalına başlamışıq. Yaxın gələcəkdə sistemlərimizdə istifadə olunan avadanlıqların tamamilə yerli istehsal olması istiqamətində mühüm işlər görülür.

Bizi izləyin