Alternativ Enerji Qaynaqları Hansılardır? Günəş Enerjisi, Külək Enerjisi və Digərləri

Alternativ Enerji Qaynaqları Hansılardır? Günəş Enerjisi, Külək Enerjisi və Digərləri

Alternativ Enerji Qaynaqları Hansılardır? Günəş Enerjisi, Külək Enerjisi və Digərləri

Alternativ Enerji və ya Bərpaolunan Enerji Nədir?

Alternativ enerji, günəş işığı, külək, yağış, dalğalar və geotermal istilik kimi karbon emissiyasına səbəb olmayan, təbii qaynaqlardan əldə edilə bilən və təbii olaraq yenilənən enerjiyə deyilir. Bu qaynaqlar çox müxtəlifdir. Ona görə də bu yazımızda onlar haqqında qısa məlumatlar verəcəyik.

İnsan dünyada var olduğu müddətdə yaşaya bilmək üçün enerjidən aslıdır. Bu səbəbdən enerjinin qənaətlə istifadəsi böyük önəm daşıyır. Alternativ enerji qaynaqlarının ətraf mühit baxımından zərərsiz olduğunu nəzərə almalıyıq. 

Alternativ Enerji Qaynaqları Hansılardır?

Bərpaolunan enerji qaynaqlarını Günəş, Külək, Biokütlə, Gotermal, Hidrolik, Hidrogen, Dalğa kimi sıralaya bilərik. Bu enerji qaynaqları özlərini sürətlə yenilədikləri üçün ənənəvi enerji qaynaqlarından daha üstündür.

Alternativ enerji qaynaqları aşağıdakı kimidir.

Günəş Enerjisi

Atmosferdən gələn günəş şüalarının günəş panelləri üzərinə təmas etməsi ilə elektrik enerjisi istehsal olunur. İstehsal olunan enerji yüksək çevrilmə gücü olan və mərkəzi şəbəkəyə qoşula bilən inverterlər ilə şəbəkə sisteminə birləşdirilir. Beləliklə, əldə olunan enerji həm istehlak üçün, həm də şəbəkəyə satmaq üçün istifadə edilə bilir. Bunu da unutmayaq ki, günəş enerjisi əldə etmək üçün sistemlər on grid, off grid və hibrid olaraq bir neçə növə bölünür. Bu tip sistemlər növündən aslı olaraq alternative enerji mühəndisləri tərəfindən uyğun bilinən yerlərə quraşdırılır.

Külək Enerjisi

Küləyin enerjisini istifadə etmək üçün külək turbinləri lazımdır. Külək turbininin işləmə məntiqi hərəkət halında olan havanın qanadlara toxunaraq onları fırlatmasından ibarətdir. Rotorun fırlanma hərəkəti sürətlənir və bu generatora ötürülür. Beləliklə elektromaqnit induksiyası ilə elektrik enerjisi istehsal edilmiş olur.

Biokütlə Enerjisi

Tarla tullantıları, orqanik meşə tullantıları, heyvan tullantıları və ya şəhərin tullantı sularının oksigensiz şəraitdə çürüdülərək onlardan əldə olunan bio qaza biokütlə enerjisi (biomass) deyilir. 

Geotermal Enerji

Geotermal enerji yerin dərinliklərində olan isti bölgələrdən yer səthinə doğru yayılan daxili istilik olaraq ifadə edilir. Xüsusilə yeraltı sular daha çox isinərək yer səthinə çata bilir. Bu cür ərazilər geotermal ərazi olaraq adlandırılır. Geotermal enerjinin əsas istifadə sahəsi arasında elektrik istehsalı, evlərin, parniklərin isidilməsi, termal obyektlər olduğunu deyə bilərik.

Hidroelektrik Enerjisi

Hidroelektrik enerjisi sudan əldə olunan enerji növüdür. Əkin sahələrində sulama üçün də istifadə olunur. Su gücü ilə qurulmuş dəyirmanlar sayəsində taxıl üyütməklə un əldə olunur. Kömür, neft və maye qaz kimi qaynaqların yavaş-yavaş tükənməsi ilə alternative enerji qaynaqları arasında rəğbət görən bir enerji qaynağına çevirilmişdir. Bütün bu istifadə sahələri ilə bərabər xüsusilə elektrik istehsalı nöqtəsində hidroelektrik enerjisi dövrün ən çox istifadə olunan qaynaqlarından hesab olunur.

Hidrogen Enerjisi

Hidrogen enerjisi təbiətdə birləşmələr şəklində mövcud olan hidrogen qazının işlənməsi və çevrilməsi nəticəsində ortaya çıxan enerji qaynağıdır. Təbii enerji qaynağı olmamasına baxmayaraq, alternative enerji qaynaqları arasında yer alır.

Dalğa Enerjisi

 

Dalğa enerjisi dənizlərdə, okeanlarda yaranan dalğaların ortaya çıxardığı itələmə gücündən əldə olunur. Hazırda dalğa enerjisi çox da geniş yayılmayıb. Bunun səbəbi şiddətli fırtınalarda dalğa enerjisi turbinlərinin zərər görməsi və dalğaların çox yüksək olduğu yerlərin sayının az olmasıdır. 

Gəlget Enerjisi

 

Gəlget enerjisi istehsalı okean və dənizlərdə meydana gələn yüksəlmələrin və düşüşlərin elektrikə çevrilməsi yolu ilə əldə edilir. Yüksəlmələr ay, günəş və dünyanın fırlanması ilə ortaya çıxan və yerin səthinə təsir göstərən qravitasiya (cazibə) qüvvəsi kimi bir çox təsirlərdən
yaranır.

Dünyamız var olduğu müddətdə günəş çıxmağa, külək əsməyə, su axmağa davam edəcək. Yəni bu qaynaqlardan əldə olunan enerji də var olacaq. Enerjiniz bol olsun. 


Alternativ Enerji Sistemlərini Necə Əldə Etmək Olar?

Helind Enerji olaraq  alternativ enerji məhsulları satışı və quraşdırılması ilə məşğuluq. Ehtiyacınız olan enerjini əldə etmək üçün sistemləri bizdən sifariş edə bilərsiniz. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizimlə əlaqə saxlayın: +994506789911

Helind Enerji – Enerji Alternativiniz

 

Share