OPzS Akkumulyator Nədir?

OPzS Akkumulyator Nədir?

OPzS Akkumulyator Nədir?

 

OPzS Akkumulyator Nədir?

OPzS akkumulyatorlar 2 Volt tək hücrə olaraq istehsal edilən stasionar akkumulyatorlardır. İstifadə yerlərinə görə hücrələr birləşdirilərək akkumulyator qrupu yaradılır. Bu akkumulyatorların standart sulu tip (OPzS) və gel tipli (OPzV) olmaq üzrə iki çeşidi var. OPzS akkumulyatorlar ani enerji kəsintilərinin səbəb ola biləcəyi dayanmaları əngəlləmək üçün istifadə edilən enerji sistemlərində enerji qaynağı olaraq hazır dayanan və lazım olduğu anda aktivləşərək hiss edilmədən kəsintini aradan qaldıran akkumulyatorlardır. Helind MMC olaraq sizlərə təklif etdiyimiz OPzS akkumulyatorlar öz uzunömürlülüyü və keyfiyyəti ilə seçilir.

OPzS Akkumulyatorların Digərlərindən Fərqi Nədir?

Ani enerji kəsintilərinin sistemdə səbəb ola biləcəyi qapanma və dayanmaları əngəlləmək üçün istifadə edilən OPzS akkumlyatorlar şəffaf qutularda emal edilir. Separator və əridəbilmə bacarıqları ilə az baxım tələb edirlər. 20 il və daha çox ömürə sahibdirlər 200 Ah – 3000 Ah tutumları olub iç quruluşları fərqli, istifadə sahələri isə bir çox akkumlyatorlar eynidir. Bu tipli akkumlyatorlar 50%-lik işlətmə periodlarında 3800 dəfə şarj-deşarj dövrəsinə dayanıqlıdırlar.

OPzS Akkumlyatorların Özəllikləri Nələrdir?

  • Daxilində tubulyar müsbət vallar
  • Hücrə və bloklu akkumlyatordur
  • Konvensional (ənənəvi) baxım tiplidir
  • Sızdırmayan qapaq və qutu dizaynına malikdir
  • Yüksək şarj-deşarj dövrəsi var
  • OPzS akkumlyatorlar üçün özəl istehsal edilmiş seramik buşonlar mövcuddur
  • DIN standartlarına uyğun istehsal edilib
  • Aşağı gərginlikli seperatoru var
  • Özəl əritmə qabiliyyəti mövcuddur
  • Yüksək məhsuldarlığı olan vallarla çalışır
  • Dayanıqlı qutu qapaqları var
  • Az baxım tələb edir

OPzS Akkumlyatorların İstifadə Sahələri

  • Kəsintisiz enerji qaynaqları ( UPS Sistemləri )
  • Günəş enerjisi sistemləri
  • Külək enerjisi sistemləri
  • DC enerji sistemləri
  • Təcili işıqlandırma
  • Alarm və təhlükəsizlik sistemləri
  • Elektronika cihazları
  • Avtomatik idarə sistemləri
  • Telekommuniyasiya
  • Siqnalizasiya sistemləri
  • Gəmi və yaxtlar
  • Qayçıvari liftlər
  • Əngəlli arabaları
  • Karavanlar
  • Yanğın və təhlükəsizlik sistemləri
  • Ratsiyalar
  • Enerji blokları və şəbəkələr
  • Dəmiryolu, Havalimanı və liman siqnalı

OPzS Akkumlyatorlara Verilən Zəmanət və Akkumlyatorların Satış Mərkəzi

Helind MMC olaraq Azərbaycanda alternativ enerji sahəsində ən keyfiyyətli və sərfəli OPzS Akkumlyatorların satışı və quraşdırılması ilə məşğul oluruq.  Bu tipli akkumlyatorlara 5 il müddətinə zamanət veririk. Alternativ enerji bazarı sürətlə inkişaf etdiyi üçün qiymət baxımından ən son məlumatı almaq və quraşdırılma haqda suallarınızı ünvanlamaq üçün bizlə əlaqə saxlayın: +994506789911

Helind MMC – Enerji Alternativiniz

 

 

Paylaş